TELSAT.AZ - Elan yerləşdir
  • 3580

Meta Messenger-də Facebook qrupları üçün yeni funksiyanı sınaqdan keçirir!

Facebook qruplarındakı söhbətlərə daha çox funksionallıq vermək istəyən Meta Discord-a bənzər İcma Çatları adlı yeni funksiya istifadəyə verir. Facebook-un Discord tipli səsli söhbət kanallarını təqdim etməyi hədəfləyən “Community Chats” testdən sonra yavaş-yavaş yayımlanmağa başlayır. Təxminən 3 milyard istifadəçi daha təhlükəsiz səsli söhbətlər edə biləcək.

Facebook İcma Çatları nədir?

Səsli söhbətlər adətən Facebook-da otaq formalı qruplarda mövcud idi, lakin bunlar birdəfəlik söhbətlər idi. Bir dəfə başladılırdı və bitəndə yox olurdu. Discord üslubunda isə istənilən vaxt kanala qoşulub söhbət başlatmaq mümkün olur. Facebook İcma Çatlarında qruplar daxilində daim açıq söhbət kanalı yaratmaq və ya müəyyən mövzularda audio, video zənglər etmək mümkündür. Adminlər iştirakçıların səsini söndürmək və ya bloklamaq səlahiyyətinə malikdir. Bundan əlavə, sistem avtomatik olaraq istədiyiniz sözləri süzgəcdən keçirə bilər. Facebook İcma Çatlarına Messenger vasitəsilə də daxil olmaq mümkün olacaq. Bildirilir ki, gələn həftədən etibarən icma çatları istifadəyə verilməyə başlanılacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab