Messenger 9 ildən sonra "Facebook"a qayıdır!

Messenger 9 ildən sonra "Facebook"a qayıdır!

Facebook və Messenger 2014-cü ildən ayrı proqramlar kimi istifadə olunur. Baş direktor Mark Zukerberqin sözlərinə görə, bu, təcrübəni təkmilləşdirir. Ancaq indi bu dəyişiklik ləğv edilir.

Tezliklə bütün istifadəçilər üçün açıq olacaq

Messenger tezliklə Facebook proqramı ilə birləşəcək. Facebook lideri Tom Alison “Messenger”in çox yaxında Facebook tətbiqinə daxil ediləcəyini rəsmən elan edib. Bu dəyişikliyin daxili mesajlaşma xüsusiyyətinə sahib olan TikTok ilə rəqabətdən geri qalmamaq üçün edildiyi bildirilir. Məlumatların əksinə olaraq, “Facebook”un istifadəçilərinin sayı artır. Alison gündə 2 milyard aktiv istifadəçisi olduğunu və "Facebook"un ölmədiyini deyir. Alisonun sözlərinə görə, insanlar hələ də dostları və ailəsi ilə əlaqə saxlamaq üçün “Facebook”a üstünlük verirlər.

Şərhlər