Lenovo gün keçdikcə Android planşetlərinə daha ciddi yanaşır və öz məhsullarında təkmilləşdirmələrə gedir. Satışa çıxarılmağa hazırlanan Lenovo Tab Extreme ilə tanış olun. Adı təəccüblü gəlsə də burada kifayət qədər yerində işlənib, çünki bu, MediaTek-in Dimensity 9000 yüksək səviyyəli çipsetini istifadə edən ilk planşet olacaq. Planşetin təklif etdiyi yeganə üstünlük bu deyil. Tab Extreme həmçinin 3000x1876 təsvir ölçülü (ölçüsü dəqiq məlum olmasa da) displey və bir iterasiyada 8 GB RAM-a malikdir. O, ilk gündən Android 13-lə işləyəcək, bunu görmək əladır, lakin "birinci gün" deyilən zamanın nə vaxt olacağı hələ bəlli deyil. Planşetin adı və digər məhdud məlumatlar "Google Play Console"un vasitəsilə sızıb.
May ayından əvvəl işə salınarsa (Pixel Planşetinin düşəcəyi gözlənilir), o zaman bu, ƏS-nin ən son versiyasını işə salan ilk Android planşet ola bilər. Lenovo Tab Extreme modeli TB570FU model nömrəsinə malikdir və sızan fotodan da gördüyünüz kimi planşet üçün çox incə çərçivələrə malikdir və ön hissəyə görə ön kamera ona çətinliklə uyğunlaşıb. Hələki planşet haqqında geniş məlumatlar mətbuata açıqlanmayıb. Yəqin ki, yaxın vaxtlarda informasiya gəlməyə başlayar.