TELSAT.AZ - Elan yerləşdir
  • 2717

Instagram-da TikTok-a bənzər dizaynda şəkillər olacaq!

Instagram indi fotoşəkillərə tam ekranda baxmaq imkanı verəcək yeni funksiyanı sınaqdan keçirəcək. Bir dəfə oxşar  funskiya sınaqdan keçirildi, lakin daha sonra imtina edildi. İndi isə şirkət yenə də 9:16 ölçülü fotoşəkillərə keçə bilər. CEO Adam Mosseri təsdiqlədi ki, ultra hündür 9:16 ölçülü fotoşəkillər tezliklə sosial media platformasında sınaqdan keçirilməyə başlayacaq.

Instagram 9:16 ölçülü fotoşəkilləri "bir və ya iki həftəyə" sınaqdan keçirməyə başlayacaq

Hal-hazırda Instagram-da hündür formada (şaquli) videoların olması mümkündür, lakin hündür formada (şaquli) şəkillər hələ yoxdur. Mosseri bildirib ki, şirkət video və fotolara bərabər yanaşmağı planlaşdırır. Şaquli şəkilləri nümayiş etdirərkən hazırda maksimum 4:5  ölçüdə fotoşəkildir. Bununla belə, Instaqram lentinizi vərəqlədiyiniz vaxt daha incə, uzun 9:16 ölçüdə fotoşəkillər smartfonun bütün ekranını dolduracaq. Siz bu cür hündür şəkilləri hazırda yalnız hekayələr bölməsində yerləşdirə bilərsiniz. Instagram indi sizə hündür formada şəklin post olaraq paylaşılması imkanı vermək üzərində işləyəcək. Əvvəllər Instagram oxşar, lakin daha dramatik bir şey sınadı. Sosial media platforması bütün lenti tam ekran interfeysinə çevirməyə çalışdı (TikTok-u kopyalamaq cəhdi ilə) və bu bəzi məşhurlar tərəfindən ciddi şəkildə tənqid olundu. Kylie Jenner və Kim Kardashian Instagram-ı TikTok-u kopyalamağı dayandırmağa çağırdı. Bu şikayətlərdən sonra sosial media platforması interfeys dəyişikliyindən imtina etdi. Lakin Instagram yenidən bunu sınaqdan keçirməyə başlayıb. Sınaq dövründə olduğuna görə bu hələ rəsmi yeniləmənin bir hissəsi deyil. Hələlik ictimaiyyətə açıqlanacaq rəsmi tarix yoxdur. 

 

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab