İlon Mask TruthGPT çatbotunu yaradır!

İlon Mask TruthGPT çatbotunu yaradır!

SpaceX, Tesla və Twitter şirkətlərinin baş direktoru, məşhur milyarder İlon Mask Microsoft və "Google"un təklif etdiyi süni intellektə rəqiblər gətirəcəyini açıqlayıb. Maskın TruthGPT adlandırdığı süni intellekt Microsoft tərəfindən dəstəklənən ChatGPT və Google-un Bard süni intellektinə rəqib olacaq. Qurulacaq bu yeni platformanın ilk təfərrüatları müsahibə zamanı verilib.

Süni intellekt həqiqəti axtarır

Mask müsahibə vaxtı TruthGPT adlandırdığı, kainatın təbiətini hiss etməyə çalışan və maksimum dəqiqliyi axtaran süni intellekti işə salacağını deyib. Mask verdiyi açıqlamada TruthGPT-ni kainatı anlayan süni intellekt olacağına görə insanları məhv etmə ehtimalının az olması səbəbindən ən təhlükəsiz seçim adlandırıb. Keçən həftə Maskın baş ofisi Nevada ştatında X.AI adlı süni intellekt şirkəti qurduğu ortaya çıxdı. Həm də  Mask aylar əvvəl ChatGPT-yə alternativ hazırlamaq üçün süni intellekt tədqiqatçılarına müraciət edib.

Maskın inkişaf edən süni intellekt bazarına daxil olması OpenAI-nin ChatGPT-nin noyabr ayında buraxılmasından çox sonra baş verir. Güclü süni intellekt mühərriki üzərində qurulan chatbot kod yaza, söhbət edə və şeir yaza bilər. Microsoft artıq bu texnologiyanı Bing axtarış sisteminə inteqrasiya edərək ChatGPT istehsalçısı OpenAI ilə əməkdaşlığını sürətlə genişləndirib.

Şərhlər