TELSAT.AZ - Elan yerləşdir
  • 1800

Huawei CEO-su şirkəti "sağ qalma" rejiminə köklədi : Çin nəhəngi qürub edir?

Çin texnologiya nəhəngi Huawei-nin qurucusu Ren Zhengfei şirkəti xilas etmək üçün çox şeyin qurban veriləcəyi "sağ qalma" rejiminə keçildiyini bildirdi. Zhengfei işçilərə makroiqtisadi problemlərin şirkətin gələcəyini birbaşa təhdid etməyə başladığını etiraf edib və onlara görüləcək tədbirlər, gələcək planlar barədə məlumat verib. Zhengfei-nin fikrincə, növbəti on il ərzində qlobal tələbat azalacaq və qarşıdakı üç il şirkət üçün xüsusilə çətin olacaq və Huawei bütün diqqətini bu dövrdən sağ çıxmağa yönəltməli olacaq. Baş direktor Huawei-nin 2023-2024-cü illər arasında buna nail olub-olmayacağından əmin olmadığını yazıb. Pessimist dünyagörüşü pandemiya, müharibə və ABŞ sanksiyalarının iqtisadi təsirlərindən qaynaqlanırdı.

Kütləvi ixtisarlar ola bilər!

Ren Zhengfei qeydində həmçinin qeyd etdi ki, bu səbəblərə görə Huawei mürəkkəb yüksək riskli layihələri dondurmalı, səmərəliliyi artırmaq üçün bulud platformasına keçməli, elektrikli nəqliyyat vasitələri kimi əsas olmayan sahələrdə araşdırmaları azaltmalı və gəlir gətirmək ehtimalı az olan biznesləri bıçaq altına qoymalıdır.  Zhengfei, həmçinin şirkətin bəzi xarici bazarlarda iştirakını azaldacağını və işçilərini geri göndəriləcəyi versiyalarını da istisna etməyib. Bu, kütləvi ixtisarlar və şirkətin bəzi ölkələrdən çıxa biləcəyi deməkdir. Digər tərəfdən, Zhengfei şirkətin gələcəyinin yaxın bir neçə ildə qeyri-müəyyən olduğunu bildirib.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab