Google-un süni intellektləri sadəcə bir fotodan video yaradır!

Google-un süni intellektləri sadəcə bir fotodan video yaradır!

Süni intellekt sistemləri üzərində işlər fasiləsiz davam edir. Son olaraq Google-un DeepMind süni intellekti tək bir şəkildən videolar yarada bilir. Google-un DeepMind neyron şəbəkəsi indi vacib bir imkana malikdir. Bu platformadan istifadə edərək yaradılan yeni texnologiya Trasframer adlı yeni alət sayəsində süni zəkaya verilən tək bir şəkillə qısa videolar yaradıla bilir. Google-a görə, Transframerin bütün ehtiyacları yalnız bir fotoşəkildir. Hazırlanmış sistem ilk olaraq giriş kimi istifadə edilən fotoşəkili təhlil edir. Təsviri və onun çərçivəsini müəyyən edir, yəni onun stol və ya kompüter olduğunu təxmin edir. Daha sonra təsvirin kontekstinə əsasən obyekt və ətraf mühitin təhlili aparılır. Bütün bu proseslər nəticəsində qısa, üçölçülü videolar yaradılır. Hazırlanmış videolar heç bir həndəsi məlumat olmasa da, kontekstdə və ya birbaşa təsvirdə obyektin müxtəlif perspektivlərini ehtiva edən şəkillər yaradır.

Oyunlar üçün inqilabi ola bilər

DeepMind komandası həyata keçirdikləri bir sıra testlərdə Transframer-i stullar, noutbuklar, eynəklər və kitablar kimi müxtəlif obyektlərdə sınaqdan keçirdi və nəticə son dərəcə uğurlu oldu. Yaradılan videolar ardıcıl görünsə də, təbii ki, bu texnologiyanın hələ ilkin mərhələdə olduğunu vurğulayaq. Bununla belə Transframerin gələcəyi ilə bağlı artıq proqnozlar verilməyə başlanıb. Futurizmə görə, Transframerlə video oyun sənayesində yeni bir dövr başlaya bilər.

 

 

 

 

 

 

 

 

 

 

Şərhlər