TELSAT.AZ - Elan yerləşdir
  • 1252

Google-a Chrome-u satmaq tələbi irəli sürüldü

Ədliyyə Nazirliyi, rəqabəti yenidən qurmaq məqsədilə Google-un Chrome-dan imtina etməli olduğunu bəyan edib. Lakin bu, rəqabət iddiasının yalnız başlanğıcıdır.

Google tarixinin ən böyük antitröst iddiası ilə üz-üzədir. ABŞ Ədliyyə Nazirliyi (DOJ), Google-un online axtarış bazarında rəqabəti bərpa etmək üçün Chrome-u satmalı və rəqibləri ilə dataaxtarış nəticələri paylaşmalı olduğunu bildirib. Nazirlik həmçinin Android platformasını satmağın da daxil olduğu digər addımların atılmasını tələb edib.


Chrome-un Satılması Tələb Olunur

Vaşinqton DC dairə məhkəməsinə təqdim olunan təklif, hakim Amit Mehta tərəfindən Google-un qanunsuz bir monopoliya qurduğunu müəyyən etdiyi qərara əsaslanır. DOJ-un təklifində, əvvəlki həll planlarının ətraflı versiyası təqdim olunub. Təklif olunan tədbirlər, istifadəçilərin məlumat əldə etmə üsullarını dəyişdirə biləcək əsas bir məhkəmə işinin tərkib hissəsidir.

Nazirlik, Google-ın Apple və digər cihaz istehsalçılarına, axtarış motorunu standart etmək üçün ödəniş etməsini qadağan etməyə çalışır. Məlumdur ki, Google hər il Apple cihazlarda standart olmaq üçün 20 milyard dollar ödəyir. Eyni zamanda Google-ın öz platformalarında (məsələn, YouTube) axtarış motoruna üstünlük verməsi də qadağan ediləcək.


Axtarış tamamilə dəyişə bilər

DOJ, Chrome-un rəqabəti məhdudlaşdırdığını bildirərək Google-dan ayrılmasını tələb edir. Eyni zamanda, DOJ, axtarış rəqabətinin gücləndirilməsi üçün bəzi əlçatanlıq tədbirlərinin təmin olunmasını da tələb edir. Google, axtarış məlumatlarını "minimal xərclə" rəqiblərinə açmalı olacaq. Nazirlik, Google-un axtarış nəticələri və sıralama məlumatlarını 10 il ərzində rəqibləri ilə pulsuz paylaşmasını tələb edir. Bu, Google-un 10 il ərzində nəzarətdə olacağını göstərən digər bir tələbdir.

DOJ, həmçinin Android-in tamamilə ayrılmasını Google üçün alternativ olaraq saxlayır.

Beş nəfərlik texniki komitənin təklifləri bununla məhdudlaşmır. DOJ həmçinin Google-a rəqiblərini, süni intellekt məhsullarını və ya reklam texnologiyalarını satın almasını qadağan etmək istəyir. Texniki komanda sənədləri tələb etmək, əməkdaşlarla müsahibələr keçirmək və proqram kodunu yoxlamaq hüququna malik olacaq.

Bu önəmli iddianın “həll təklifləri” mərhələsi, Aprel ayında iki həftə davam edəcək məhkəmə ilə davam edəcək. DOJ, Martın əvvəlində təkliflərini yenidən nəzərdən keçirərək məhkəməyə təqdim edəcək. Google isə dekabr ayında öz təkliflərini təqdim edəcək. Google-un ABŞ-da reklam texnologiyası ilə bağlı ayrı bir antitröst iddiası ilə üz-üzə olduğu nəzərə alındıqda, 2025-ci ilin texnologiya nəhəngi üçün çətin keçəcəyi gözlənilir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab