Google Chrome brauzeri üçün təcili yeniləmə buraxdı

Google Chrome brauzeri üçün təcili yeniləmə buraxdı

Google məşhur internet brauzeri üçün kritik bir yeniləmə buraxdı. Təcili olaraq tövsiyə olunan yeniləmə cəmi 11 zəifliyi bağlayır, onlardan biri Chrome-da aktiv şəkildə istifadə olunur.  Windows üçün 104.0.5112.102/101 və macOS/Linux üçün 104.0.5112.101 versiya hakerlər tərəfindən fəal şəkildə istifadə edilən çox ciddi boşluğu bağlayır.

Bu il ərzindəki beşinci ciddi boşluqdur!

CVE-2022-2856 bu il Google Chrome-da beşinci ciddi təhlükəsizlik boşluğu kimi qeydə alınıb. Buraxılmış yeniləmə "kritik"dən "orta" dərəcəyə qədər daha 10 defekti aradan qaldırır. Buna görə də dərhal yeni versiyanı yükləyin. Google Chrome brauzerini yeniləmək üçün ekranın yuxarı sağ tərəfindəki üç nöqtəyə klikləyin. Açılan menyudan Yardım > Google Chrome haqqında bölməsinə keçməklə yeniləməni dərhal əl ilə quraşdıra bilərsiniz.

Şərhlər