Galaxy Tab S10 seriyası təqdim olundu: Samsung-un yeni planşetləri

Galaxy Tab S10 seriyası təqdim olundu: Samsung-un yeni planşetləri

Samsung yeni yüksək səviyyəli Android planşetlərini rəsmən təqdim etdi. Galaxy Tab S10 Ultra və S10 Plus modelləri, süni zəka funksiyaları və S-Pen qələmi ilə gəlir.

Samsung, yeni nəsil premium planşetlərini təqdim edib. 12.4 düymlük Galaxy Tab S10+ və 14.6 düymlük Galaxy Tab S10 Ultra modelləri, Samsung-un süni zəka üçün xüsusi olaraq dizayn etdiyi ilk planşetlərdir.


Galaxy Tab S10 seriyasının xüsusiyyətləri

Samsung-un Galaxy Tab S10 seriyası, MediaTek-in Dimensity 9300+ prosessoru ilə təchiz olunub. TSMC-nin 3-cü nəsil 4nm istehsal prosesi ilə hazırlanmış bu prosessor, əvvəlki Tab S29 modelindəki Snapdragon 8 Gen 2 ilə müqayisədə CPU-da 18%, GPU-da 28%, NPU-da isə 14% performans artımı təklif edir. Eyni çipsetdən istifadə etmələrinə baxmayaraq, iki planşetin fərqli bağlantı variantları mövcuddur. Hər iki modelin də WiFi və 5G versiyalarımövcuddur. Tab S10 Ultra, sub-6GHz 5G və WiFi 7 (be) dəstəkləyir, S10+ isə sub-6GHz və mmWave 5G-ni, lakin yalnız WiFi 6E (ax) dəstəkləyir.

Samsung Tab S10+12GB RAM və 512GB-a qədər yaddaş ilə gəlir, Tab S10 Ultra isə 16GB RAM və 1TB-a qədər yaddaş təklif edir. Yaddaşı artırmaq üçün microSD kart dəstəyi də mövcuddur.

Samsung Galaxy Tab S10 Ultra bizləri 2960 x 1848 çözünürlük120Hz yeniləmə sürəti təklif edən 14.6 düymlük OLED ekranla qarşılayır. Planşet, 12MP geniş və 12MP ultra geniş bucaqlı kameralar ilə təchiz olunub, 45W sürətli şarj dəstəyi olan 11.200 mAh batareyaya malikdir. Galaxy Tab S10 Plus isə 2800 x 1752 çözünürlük təklif edən 12.4 düymlük ekranla gəlir. Öndə tək 12MP kamera mövcuddur. Hər iki modeldə də əks etdirməyə qarşı örtük istifadə edildiyi qeyd olunur. Tab S10+ da 45W sürətli şarj dəstəkləyir, lakin daha kiçik (10.090 mAh) batareya ilə təchiz olunub.

Hər iki planşet Android 14 ilə işləyir. Proqram təminatına Galaxy AI xüsusiyyətləri daxildir, lakin yeni seriya süni zəkanın istifadəsi üçün daha fərqli yollar təklif edir. S Pen qələmi ilə Galaxy AI köməkçisinə daha asan çıxış əldə edirsiniz. Klaviaturalı örtükdə Galaxy Book noutbuklarına bənzər Galaxy AI düyməsi var. Süni zəka xüsusiyyətləri arasında Circle to Search, Sketch to Image, Note Assist kimi funksiyalar yer alır.

 

Galaxy Tab S10 seriyasının qiyməti

Galaxy Tab S10 Ultra və Tab S10+, 3 oktyabrda satışa çıxarılacaqTab S10 Ultra 256GB, 512GB və 1TB yaddaş variantları ilə təklif olunur və başlanğıc qiyməti 1.200 dollar olacaq. Tab S10 Plus isə 256GB və 512GB yaddaş variantları ilə təklif olunur və qiyməti 1.000 dollardan başlayır.


Samsung Galaxy Tab S10+ xüsusiyyətləri
 


 

  • Ekran: 12.4 düym, 1752x2800, 120Hz, HDR10+, Dynamic AMOLED 2X
  • Prosessor: MediaTek Dimensity 9300+
  • Yaddaş: 12GB RAM
  • Yaddaş yeri: 256GB, 512GB (+microSD)
  • Arxa kamera: 13MP f/2.0 (geniş) + 8MP f/2.2 (ultra geniş)
  • Ön kamera: 12MP
  • Batareya: 10090 mAh, 45W
  • Bağlantı: WiFi 6E, Bluetooth 5.3
  • Proqram təminatı: Android 14, One UI 6.1
  • Ölçülər və çəkisi: 285.4 x 185.4 x 5.6mm, 571 g

 

Samsung Galaxy Tab S10 Ultra xüsusiyyətləri
 


 

  • Ekran: 14.6 düym, 1848x2960, 120Hz, HDR10+, Dynamic AMOLED 2X
  • Prosessor: MediaTek Dimensity 9300+
  • Yaddaş: 12GB, 16GB RAM
  • Yaddaş yeri: 256GB, 512GB, 1TB (+microSD)
  • Arxa kamera: 13MP f/2.0 (geniş) + 8MP f/2.2 (ultra geniş)
  • Ön kamera: 12MP f/2.2 (geniş) + 12MP f/2.4 (ultra geniş)
  • Batareya: 11200 mAh, 45W
  • Bağlantı: WiFi 7, Bluetooth 5.3
  • Proqram təminatı: Android 14, One UI 6.1
  • Ölçülər və çəkisi: 326.4 x 208.6 x 5.4mm, 718 g

Şərhlər