TELSAT.AZ - Elan yerləşdir
  • 1730

Galaxy S25 Ultra-nın S Pen-i artıq Bluetooth xüsusiyyətinə sahib deyil

Samsung-un Galaxy S25 Ultra modelində yer alan S Pen-də Bluetooth xüsusiyyətinin çıxarılacağı ilə bağlı xəbərlər təsdiqləndi. Bu, o deməkdir ki, S Pen artıq uzaqdan həyata keçirdiyi bəzi funksiyaları yerinə yetirə bilməyəcək.

Bluetooth-un çıxarılması ilə birlikdə, S Pen vasitəsilə müəyyən tətbiqləri uzaqdan idarə etmək imkanı aradan qalxıb. Xüsusilə, kameranı uzaqdan idarə etmək və ya şəkil çəkmək üçün istifadə olunan bu xüsusiyyət bir çox istifadəçi tərəfindən bəyənilirdi. Eyni zamanda, Air Commands funksiyası ilə qalemin hərəkəti əsasında müəyyən əməliyyatların yerinə yetirilməsi də artıq mümkün olmayacaq.


"İstifadəçilərin çox az bir hissəsi bu funksiyadan istifadə edirdi"

Samsung, Air Commands xüsusiyyətinin istifadəçilərin yalnız 1%-i tərəfindən istifadə edildiyini əsas gətirərək bu qərarı qəbul etdiyini bildirib. Şirkət əlavə edib ki, Bluetooth-un çıxarılması S Pen-in daha yüngül və dayanıqlı olmasına kömək edəcək.

Bluetooth-un çıxarılması həm də Samsung üçün maliyyə baxımından üstünlük yaradacaq. Telefon daxilində qalemin şarj olunması üçün lazım olan komponentlərin, məsələn, şarj bobinlərinin çıxarılması ilə əlavə yerə qənaət olunacaq.

Bu qərar hər nə qədər Samsung üçün məntiqli görünürsə də, S Pen-in bu funksiyasından müntəzəm istifadə edən istifadə çilər arasında narazılıq yarada bilər.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab