TELSAT.AZ - Elan yerləşdir
  • 2542

Fırıldaqçılara qarşı diqqətli olun: Behləşməyin!

Fırıldaqçılıq dövrümüzün bəlasıdır. Onlayn məkanda bundan əziyyət çəkənlərdən biri də elan saytlarıdır, daha doğrusu elan saytlarının istifadəçiləri. Onlar fırıldaqçılığın müxtəlif formaları ilə qarşılaşırlar. Son vaxtlar elan saytlarından məhsul almaq istəyənlərdən beh alıb, “yoxa çıxmaq” ənənəsi yaranıb. Bununla bağlı ətrafda çoxlu şikayətlər var. Belə ki bəzi işbazlar saytlara elan yerləşdirirlər və onu almaq istəyən müştəriləri aldadırlar. Yəni alıcı telefonu, kompüteri və ya smart cihazı bəyənir və almaq istəyir. Qarşı tərəflə əlaqə saxlayanda satıcı alıcının çox olduğunu və beh verməli olduğunu deyir. Həmin şəxs də beh göndərir və hər şey bundan sonra başlayır.

Necə deyərlər, əli ilə verdiyini ayağı ilə axtarır. Tapdığı isə “ Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da...”  Bu vəziyyətlə qarşılaşmamaq üçün birinci növbədə diqqətli olun. İkinci növbədə heç bir halda beh verməyin. Behi adətən tanıdığımız insanlara yəni ən azından mağazası olan yerlərə vermək olar, hansı ki ünvanlarını bilirsiniz. Yolunda getməyən nəsə olanda da gedəcəyiniz ünvan olur. Bu da tam təhlükəsiz deyil, amma təkcə telefonla danışdığınız birinə inanmaqdan daha etibarlıdır.

TelSat.az olaraq ən doğru yolun gedib məhsulu görməyiniz, əgər xoşunuza gəldisə, yerindəcə almaq olduğunu tövsiyə edirik. Başqa variantlarda aldanma faiziniz çoxalır.

Tək bu şikayət deyil. Daha yaradıcı fırıldaq fəndlərini də eşidirik. Özünü alıcı kimi göstərib, kartın şəklini istəyən kim, yerli saytların eynisini yaradıb, satıcının inamını qazanmaq istəyən kim. Özünüzü belə kiberdələduzlardan, işbazlardan qoruyun. Belə şəraitdə elan saytları nə edə bilər? Biz elan saytı olaraq yalnız qaydaların pozulması və ya istifadəçilərin elan üzrə çoxsaylı şikayətləri əsasında həmin elan sahiblərinin şəxsi hesablarını bloklaya bilərik. Bu da istifadəçinin pullarını geri qaytarmır, yeganə yol hüquq mühafizə orqanlarına müraciət etmək olur. Ona görə də beh vermək, kartın şəklini göndərmək kimi üsullardan istifadə etməyin, onu deyənlərə inanmayın.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab