TELSAT.AZ - Elan yerləşdir
  • 3565

Facebook bundan sonra TikTok kimi olacaq!

Facebook uzun illər sosial media məkanının kralı olub. Amma bir gün TikTok gəldi, Facebook-u taxtdan saldı və yeni kral oldu. İndi sual yaranır: Facebook öz krallığını geri almağı planlaşdırırmı?

Bəli, Facebook yenidən bir nömrəli sosial platforma olmaq istəyir və bunu necə etməyi planlaşdırdığına gəlincə, cavab TikTok kimi olmaq istəməsidir. Aprel ayında Facebook proqramının rəhbəri Tom Alison tərəfindən yazıldığı iddia edilən sənəd internetə sızdırılmışdı. Sənədə əsasən, Meta Facebook-un əsas lentini TikTok-un “sizin üçün” səhifəsi kimi  “Kəşf et” adı altında yaratmaq istəyir. Facebook lentinin yenilənmiş versiyasında siz dostlarınızdan daha az yazı və daha çox təklif olunan “əlaqəsiz” məzmun görəcəksiniz ki, bu da çox güman ki, əsasən Reels olacaq. Alisonun qeyd etdiyi kim  Facebook üçün bu gün ən böyük boşluq qısa formalı video azlığıdır. Məhz buna görə də Meta-nın planı platformada Reels-i uğurlu etməkdir. Bununla belə, Alison narahat olan işçilərini əmin etdi ki, Facebook öz əsas missiyasından uzaqlaşmayacaq və həmişə dostlar, ailə arasındakı paylaşımlara üstünlük verəcək. Çox güman ki, Facebook hələ də “Dostlar” məzmununu saxlayacaq və bu, sizə yalnız kontaktlarınız tərəfindən paylaşılanları göstərəcək. Meta həmçinin Messenger-i Facebook-un özünə qaytarmaq istəyir. Bəli, bir neçə il əvvəl Facebook iki proqramı bilərəkdən ayırdı və indi onları yenidən birləşdirmək istəyir. Bu qərarın səbəbi insanların Facebook səhifələrində paylaşım etməkdəkdənsə, daha çox mesajlaşmada vaxt keçirirdi. Məhz buna görə də Meta Messenger-i yenidən Facebook-un daha fundamental hissəsi etmək istəyir. Nəticədə “kəşf et” funksiyasının sizə tövsiyə edəcəyi dostluğunuzdan kənar insanların hekayələri və reelsləri olacaq. İndi Meta-nın Facebook-u TikTok-a oxşatması platformaya gəncləri cəlb edə bilər. Hal-hazırda insanlar qısa video formata aludə olur. Beləliklə, Facebook tətbiqinin bu cür əsaslı dəyişiklikləri nəticəsində gənclər platformaya qayıda bilər. Lakin Meta-nın bütün əməkdaşları qarşıdan gələn dəyişikliklərlə razılaşmırlar. Bəzi hazırkı və keçmiş Meta işçiləri hesab edirlər ki, Facebook-un bu yenilənməsi ilə platforma sizi dostlarınız və ailənizlə əlaqələndirmək kimi əsas məqsədindən uzaqlaşacaq. Bundan əlavə, TikTok-a bənzəməsi maddi baxımdan yaxşı olsa da Facebook-un uzunmüddətli böyüməsinə zərər verəcəyini düşünən işçilər var.

Dəyişikliklərin nə vaxt həyata keçiriləcəyini bilmirik, lakin hansı effekt verəcəyini görmək şübhəsiz ki, maraqlı olacaq. Bu, Facebook-un bir nömrə olmasına kömək edəcəkmi? Gec-tez bunu öyrənəcəyik.

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab