TELSAT.AZ - Elan yerləşdir
  • 6904

Dünyanın əsas gündəminə çevrilmiş: ChatGPT!

ChatGPT süni intellekt robotudur, çatbotdur. Süni intellekt robotu ona verilən suallara insan kimi cavablar verir. Virtual köməkçi kimi fəaliyyət göstərən ChatGPT 3-cü Nəsil GPT - 3.5 prinsipləri ilə işləyir. OpenAI  şirkətinin çatbotu ChatGPT-nin ən əsas xüsusiyyəti istifadəçinin verdiyi suala real vaxtda cavablar yarada bilməsidir. ChatGPT verilən bütün ağlasığmaz suallara səlis cavablar verir, ifadələri başa düşür. Çat kitablar, məqalələr və vebsaytlardan istifadə edərək cavab verir. ChatGPT ilə söhbət edə, şeirlər yaza və hətta hekayələr yarada bilərsiniz. Üstəlik, bunlarla məhdudlaşmırsınız, süni intellektin gücündən istifadə edərək proqram təminatı və kodlaşdırma işlərinizi qısa müddətdə yerinə yetirmək imkanınız var.

ChatGPT-yə qeydiyyat necə aparılır? 

chat.openai.com saytına daxil olun.

Qeydiyyat düyməsini klikləyin və OpenAI hesabı yaratmaq üçün addımları izləyin.

E-poçt ünvanınızı daxil edin.

Davam et düyməsini basın və telefon doğrulama prosesini həyata keçirin.

Qeydiyyat mərhələsini tamamlayın.

ChatGPT Xüsusiyyətləri

ChatGPT təkcə söhbətlər yaratmır, həm də bir çox xüsusiyyətlərə malik süni intellekt robotu olaraq texnoloji inkişafı izləyir və həyatımızı asanlaşdırır.

Sual-cavab; riyazi tənliklərin həlli; mətnlərin yaradılması; tərcümə etmək; mətni ümumiləşdirmək bacarığı; təsnifat; təkliflər vermək bacarığı; proqram təminatının inkişafı ilə bağlı bütün suallarınızı cavablandırır. ChatGPT tətbiqini smartfonlarınıza və ya masaüstü kompüterinizə yükləməklə istifadə edə bilməzsiniz. Proqramdan istifadə etmək üçün chat.openai.com saytına daxil olub qeydiyyatdan keçməlisiniz. 

Xatırladaq ki, ChatGPT ilk dəfə 30 noyabr 2022-ci ildə təqdim olunub. Onun təqdim etdiyi faktiki məlumatlar yayımlandığı ilk günlərdə tənqidlərə məruz qalsa da, sonrakı günlərdə verilən suallara məntiqli cavabları sayəsində populyarlıq qazandı. Robotlaşmaya cığır açan ChatGPT Azərbaycan dilini dəstəkləyir. 

 

 

 

 

 

 

 

 

 

 

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab