TELSAT.AZ - Elan yerləşdir
  • 2322

Çoxdan gözlənilən POCO X5 Pro-nun xüsusiyyətləri ortaya çıxdı

“Xiaomi”nin alt markalarından biri olan POCO xüsusilə son illərdə büdcəyə uyğun telefon modelləri ilə səs salmağı bacarıb. Bu kontekstdə marka yaxınlarda POCO X5 və X5 Pro modellərini təqdim edəcək. Poco X5 Pro 1080 x 2400 piksel təsvir ölçülü 6,67 düymlük AMOLED ekrana sahib olacaq. Bu panelin yeniləmə dərəcəsi və HDR dəstəyi kimi təfərrüatlar hələ məlum deyil. Bununla belə, POCO X4 Pro-dakı 120Hz dəstəyinin qorunub saxlanacağını söyləyə bilərik. Telefon Snapdragon 778G prosessoru, 67 Vt sürətli şarj dəstəyi ilə 5 000 mAh batareya və 6/128 GB, 8/256 GB konfiqurasiyalarla dəstəklənəcək.

Arxa tərəfdə Poco X5 Pro bizi 1/1.52'' f/1.9 108MP (0.7µm piksel) əsas, 8MP ultra geniş və 2MP makro sensorlardan ibarət üçlü kamera qurğusu ilə qarşılayacaq. Bu quraşdırma 16 meqapiksellik selfi sensoru ilə müşayiət olunacaq. Cihazın digər diqqətəlayiq cəhətlərinə IP68 sertifikatı və Gorilla Glass 5 daxildir.

Mavi, qara və sarı rənglərdə satışa çıxarılacaq Poco X5 Pro-nun qiyməti hələlik məlum deyil. POCO X4 Pro 300 avrodan başlayan qiymətlə təqdim edilmişdi. Qarşıdan gələn modelin də oxşar qiymət aralığını qoruyacağı gözlənilir.

 

 

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab