TELSAT.AZ - Elan yerləşdir
  • 2679

“Coca-Cola”nın buraxacağı ilk smartfon: ColaPhone

Dünyanın ən köklü və böyük şirkətlərindən biri olan Coca-Cola dünyada ən çox istehlak edilən sərinləşdirici içki brendidir. Şirkət pərəstişkarlarını tamamilə fərqli bazarda yeni məhsulla qarşılamağa hazırlaşır. Deyilənlərə görə, tezliklə ColaPhone adlı yeni smartfon modelini çıxarır. Bu gün ilk dəfə modelin dizaynı sızdırılıb.

"ColaPhone"nın dizaynı necə olacaq?

İndiyə qədər verdiyi proqnozlar və iddiaları ilə adından söz etdirən Ice Universe, bu gün Twitter izləyiciləri üçün diqqət çəkən paylaşım edib. "Coca-Cola"nın smartfon hazırladığını bildirən mənbə sözügedən məhsulun ColaPhone adı ilə satışa çıxarılacağını bildirib. "ColaPhone"un xüsusiyyətləri təəssüf ki, hələlik məlum deyil. Bununla belə, yuxarıdakı render şəklinə baxdıqda, cihazın düzbucaqlı formasında olacağı və arxa tərəfində şaquli yerləşdirilmiş ikili kamera modulu təklif edəcəyi görünür. Üst-üstə yerləşdirilmiş iki böyük ölçülü kamera obyektivini daşıyan telefonun yan tərəfində LED fənəri var.

Render şəklindən belə görünür ki, cihazın arxa tərəfi metal olacaq. Smartfon "Coca-Cola"nın rəmzinə çevrilmiş parlaq qırmızı rəngdədir. Digər tərəfdən, arxa tərəfdə cihazı üfüqi şəkildə örtən Coca-Cola loqosu var. Səs düymələri telefonun sağ tərəfindədir, lakin modelin güc düyməsinin olub-olmayacağı hələlik bəlli deyil.

Xatırladaq ki, bu, "Coca-Cola"nın bazara ilk addımı deyil. Şirkət 2000-ci ilin sonlarında Ericsson ilə mühüm əməkdaşlıq etdi. Ericsson A1018s-in Coca-Cola xüsusi buraxılışı təqdim olunmuşdu, telefonda "Coca-Cola"ya məxsus 60 xüsusi zəng melodiyası var idi. Sözügedən modelə eBay kimi platformalarda kolleksiyaçılar tərəfindən hələ də böyük tələbat var.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab