TELSAT.AZ - Elan yerləşdir
  • 2779

Çindən ChatGPT-yə böyük rəqib: ERNIE çatbotu!

Çin də süni intellektlə bağlı işlərdə boş dayanmır. Ölkənin axtarış motoru nəhəngi Baidu artıq bir müddətdir ki, süni intellekt texnologiyaları üzərində işləyirdi və indi təqdim edilən ERNIE Bot ilə məşhur ChatGPT-yə rəqib oldu.

“Baidu”un 10 ilə yaxındır üzərində işlədiyi Ernie maşın öyrənmə modeli təqdim edilən "ERNIE Bot"un mərkəzində dayanır. Əslində, ERNIE Bot-un ilk versiyası 2019-cu ildə ortaya çıxmışdı, lakin o, indikilərdən çox uzaq idi. “Baidu”nun CEO-su Robin Li mətbuat tədbirində ERNIE Bot-un bu versiyasının OpenAI-nin bir neçə gün əvvəl işə saldığı GPT-4-ə yaxın imkanlara malik olduğuna işarə edib. 550 milyard düzgün parametrlə ERNIE Bot tamamilə Çin bazarına yönəlmiş modeldir. Çin dilinin müxtəlif ləhcələrini bilən alət səsli cavablar verə, eləcə də Çin mətnlərindən şəkillər və videolar yarada bilər. Tədbirdə çatbot ilə olan test görüntüləri göstərilib. Belə ki çatbot elmi-fantastik romanı və onun davamı barədə təkliflərini verib. Başqa bir nümunədə onun yüksək texnologiyalı şirkət üçün ad və şüar təklifləri verə biləcəyi nümayiş etdirilib. Lakin bütün bu demolar interaktiv şəkildə aparılmayıb və çatbotun işlənməsinə dair sual işarələri yaradıb.

Baidu CEO-nun bəyanatında deyilir ki, 650-yə yaxın şirkət ERNIE Bot texnologiyasından istifadə etmək üçün artıq sıraya girib. Bununla belə, ERNIE Bot-un hələ ictimaiyyətə çıxmağa hazır olmadığı vurğulanıb. Bu açıqlama ERNIE Bot-un hələ hazır olmadığı kimi başa düşüldüyündən "Baidu"nun birja səhmləri 10 faiz aşağı düşüb.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab