TELSAT.AZ - Elan yerləşdir
  • 1646

ChatGPT üçün yerli Windows tətbiqi buraxıldı

OpenAI, bir müddət əvvəl Mac üçün süni intellektlə gücləndirilmiş ChatGPT tətbiqini istifadəyə vermişdi. İndi isə şirkət Microsoft Windows üçün masaüstü tətbiq təqdim edib.

OpenAI, populyar süni intellekt dəstəklənən ChatGPT-nin Windows versiyasını sınaqdan keçirməyə başlayıb. Ancaq bu tətbiq hələlik yalnız ChatGPT PlusEnterpriseTeam və Edu abunəçiləri üçün əlçatandır. Web versiyasına öyrəşmiş istifadəçilər, masaüstü tətbiqində də eyni funksiyaları yerinə yetirə biləcəklər. Bundan əlavə, minimum Windows 10 tələb olunur.


ChatGPT üçün Windows dönəmi

Mac versiyasına bənzər olaraq, Windows üçün inkişaf etdirilən ChatGPT tətbiqi istifadəçilərə ayrı pəncərə açaraq digər proqramların yanında suallarını sürətlə verməyə imkan yaradır. Tətbiq fayl və şəkil yükləməyi dəstəkləyir və OpenAI-nin yeni inkişaf etdirdiyi, "məntiqi düşünmə" qabiliyyətinə malik olan o1 modelinə çıxış imkanı verir. Tətbiqə Alt + Space qısa düyməsi ilə rahatlıqla daxil olmaq mümkündür.

Hələlik sınaq mərhələsində olan Windows üçün ChatGPT tətbiqinin bəzi çatışmazlıqları da var. Tətbiq hələki standart və inkişaf etmiş səs xüsusiyyətlərini, həmçinin Google DriveMicrosoft OneDrive və GPT Builder-də autentifikasiyanı dəstəkləmir. Şirkət bu xüsusiyyətlərin tam versiyada təqdim olunacağını bildirir.

ChatGPT-nin Mac versiyası iyun ayında istifadəyə veriləndə, bir inkişafçı təhlükəsizlik boşluğu aşkarlamışdı. Bu boşluq, söhbətlərin mətn formatında yadda saxlanılması ilə bağlı idi. OpenAI, qısa müddətdə bu problemi həll etdi və yerli olaraq saxlanılan məlumatları şifrələdi. OpenAI, ilin sonuna qədər Windows tətbiqini daha geniş istifadəçi kütləsinə təqdim etməyi planlaşdırır. Hələlik yalnız abunəçilər bu yeniliklərdən yararlana bilirlər.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab