TELSAT.AZ - Elan yerləşdir
  • 2222

ChatGPT-nin inkişaf etmiş səs xüsusiyyəti istifadəyə verildi

OpenAI, ChatGPT üçün hazırladığı İnkişaf Etmiş Səs Modunu (Advanced Voice Mode - AVM) artıq bütün ödəmə edən istifadəçilər üçün əlçatan edib. Şirkət bu yeni funksiyanı ilkin olaraq PlusTeams abunəçilərinə təqdim edib, gələn həftədən isə bu imkan EnterpriseEdu paketlərini istifadə edənlər üçün də açılacaq.

Bu yenilik səsli qarşılıqlı əlaqələri daha təbiiliyə yaxınlaşdırmaq məqsədi ilə həm dizayn, həm də funksiya baxımından bir sıra dəyişikliklər gətirir. Artıq beş yeni səs əlavə olunub: Arbor, Maple, Sol, SpruceVale. Bununla birlikdə, platformada mövcud olan səs seçimlərinin ümumi sayı dokuza çatır. Lakin bu dəfə bir eksiklik var — daha əvvəl təqdim edilən Sky adlı səs artıq bu versiyada mövcud deyil. Bunun səbəbi, ünlü aktrisa Scarlett Johansson-un bu səsi özünün "Her" filmindəki yapay zeka xarakterinə bənzədilməsi ilə bağlı hüquqi tədbirlərə başlamasıdır. OpenAI, səsin ona qəsdən bənzədilmədiyini açıqlasa da, yenə də Sky platformadan çıxarılıb.

Bu yeniliklərdən başqa, video və ekran paylaşım xüsusiyyətləri bu versiyada mövcud deyil. Halbuki, bu xüsusiyyətlər ilin əvvəlində təqdim olunmuşdu və GPT-4 modelinin eyni anda həm vizual, həm də səsli məlumatları işləməsinə imkan verirdi. OpenAI hələ bu xüsusiyyətlərin nə vaxt təkrar istifadəyə veriləcəyini açıqlamayıb. Bununla belə, yeni səs modunda aksentləri daha yaxşı anlama bacarığıdaha sürətli, axıcı danışıq qabiliyyətləri təkmilləşdirilib.

Bundan əlavə, Avropa Birliyi qanunvericiliyinə uyğun olaraq, OpenAI bu xüsusiyyəti bəzi bölgələrdə, o cümlədən Böyük Britaniya, İsveçrə, İslandiya, Norveç və digər bir neçə ölkədə istifadəyə verməyib. Bu insansı səs xüsusiyyətindən yararlanmaq istəyənlər isə Plus, Teams və ya Enterprise planlarından birinə abunə olmalıdırlar. Ən sərfəli seçim isə ayda 20 dollar dəyərində olan Plus abunəlik paketidir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab