TELSAT.AZ - Elan yerləşdir
  • 1698

ChatGPT Pro təqdim olundu: Yeni “o1 pro” ilə ən güclü süni intellekt

Süni intellekt lideri OpenAI, 12 gün davam edəcək yeni tədbir seriyasına start verdi. İlk olaraq təqdim olunan məhsul isə ChatGPT Pro oldu. Bəs, o1 pro modeli ilə təkmilləşdirilmiş ChatGPT Pro nədir?

Süni intellektin inkişafı ilə o, daha mürəkkəb və əhəmiyyətli problemləri həll etməyə başlayır. Bu kontekstdə OpenAI  ChatGPT Pro adlı xidmətini təqdim etdi. Şirkət daha çox hesablama gücü tələb edən bu abunə planını yüksək qiymətlə təklif edərək, onun tədqiqatçılar, mühəndislər və peşəkar istifadəçilər üçün ideal bir həll olduğunu vurğuladı.


ChatGPT Pro nədir?

ChatGPT Pro, OpenAI-nin ən güclü modellərinə limitsiz giriş imkanı verən abunə planıdır. Bu plan çərçivəsində istifadəçilər, o1 proo1-mini GPT-4o və Advanced Voice kimi inkişaf etmiş modellərə giriş imkanı qazanırlar. Xüsusilə “o1 pro” rejimi, daha mürəkkəb problemləri daha dəqiq və dərin cavablarla həll etmək üçün əlavə hesablama gücü təqdim edir. Şirkət yaxın gələcəkdə bu plana daha çox məhsuldarlıq funksiyaları əlavə etməyi planlaşdırır. OpenAI CEO-su Sem Altman, o1 modelinin indiyə qədərki ən ağıllı süni intellekt olduğunu, o1 pro rejiminin isə bundan da inkişaf etmiş olduğunu vurğuladı.

Bu xidmət, yüksək səviyyəli tədqiqat məlumatına ehtiyac duyan peşəkarlar üçün nəzərdə tutulub. İstifadəçilər arasında data analitiklərihüquqşünaslarproqram təminatı inkişaf etdiriciləri və akademiklər xüsusi yer tutur. Ancaq CEO Altmanın qeyd etdiyi kimi, standart istifadəçilər üçün ChatGPT Plus artıq kifayət edir.


Daha çətin problemlər üçün daha güclü cavablar

ChatGPT Pro, ən dəqiq cavablar üçün daha çox analiz edən o1 pro modelinə  çıxış imkanı təqdim edir. OpenAI testlərinə əsasən, o1 pro xüsusilə data elmiproqramlaşdırma və hüquqi tədqiqatlar  sahələrində dəqiq və əhatəli cavablar təqdim edir. o1 və o1-preview  modelləri ilə müqayisədə, o1 pro, riyaziyyat, elm və proqramlaşdırma kimi sahələrdə daha yüksək nəticələr göstərir.


ChatGPT Pro qiyməti nə qədərdir?

ChatGPT Pro-nun aylıq qiyməti 200 dollar təşkil edir. Əgər bu xidmətə Azərbaycandan abunə olmaq istəyirsinizsə, əlavə olaraq 18% ƏDV tətbiq edilir və ümumi məbləğ 240 dollara yüksəlir. ChatGPT Plus isə aylıq 20 dollar qiymətə malikdir və bu xidmət üçün də ƏDV əlavə olunur.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab