TELSAT.AZ - Elan yerləşdir
  • 3011

Bu oyun kompüteri ilə eynəksiz 3D effekti

Acer onlayn təqdimatda Predator oyununun yeni seriyasını təqdim edib. Predator Helios 300 oyun kompüterinin yenilənmiş Predator Helios 300 SpatialLabs versiyası təqdim olunub. Predator Helios 300 SpatialLabs-ın əsas xüsusiyyəti oyunçulara eynəksiz 3D oyun təcrübəsi yaşatmaqdır. Bu oyun kompüteri ekran üzərində olan sensor və kameralar ilə gözün hərəkət traektoriyasını izləyə bilir və ekranın üzərində stereoskopik görüntü yaradır. Bu görüntü oyunda olan personajların 3D görüntü şəklində 2D ekrandan daha önə çıxmasını təmin edir. Beləcə, oyunçu 3D eynək istifadə etmədən 3D həzini birbaşa açıq gözlə yaşaya bilir. SpatialLabs TrueGame tətbiqi isə bu görüntünü emal etmək üçün oyunlara dəstək verən əsas tətbiqdir. Bu tətbiqin köməyilə 50-dən çox müasir oyunu 3D qrafikada oynamaq olur. 3D dəstəyi demək olar ki, əksər müasir oyunlarda var. Lakin əksər oyunçu kompüterləri bu qrafikanı dəstəkləmədiyi üçün həmin funksionallıq oyunlarda aktivləşmir. SpatialLabs TrueGame tətbiqi ilə Predator Helios 300 SpatialLabs məhz oyunlarda bu imkanı aktiv hala gətirir.

Texniki tərəfə gəldikdə isə yenilənmiş Predator Helios 300 SpatialLabs 15.6 düymlük 2K ekrana, 12-ci nəsil intel Core i9 (qədər) prosessor seriyasına, NVIDIA GeForce RTX 3080 qrafik karta və 32 GB RAM yaddaşına sahibdir. Eyni zamanda cihaz 2-li “Gen AeroBlade 3D” fan sisteminə və Acer-ın likvid metal “CoolBoost” soyutma texnologiyasına sahibdir.

Təqdimat zamanı oyun xəttində diqqəti çəkən digər məsələ isə Acer-in yenilənmiş incə oyun notebook-u oldu. Acer Predator Triton 300SE modeli 12-ci nəsil Intel Core prosessorları və NVIDIA Geforce RTX 30 seriyasından notebook qrafik kartını əldə edib. Əsas yenilənmələrdən biri isə ekran panelinin OLED olmasıdır. 16 düymlük modelin ekran yenilənmə tezliyi 240HZ-dir. İncə olmasına baxmayaraq, bu oyun kompüteri maye metal soyutma sisteminə və 5-ci nəsil “Gen AeroBlade 3D” pərlərə sahibdir. Bunun nəticəsində də ən ağır oyunda belə cihaz qızmır.

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab