TELSAT.AZ - Elan yerləşdir
  • 2389

"Apple"nin işçisi 7 il ərzində 17 milyon dollar oğurlayıb

Keçmiş Apple işçisi Dhirendra Prasad texnoloji nəhəngə 17 milyon dollar ziyan vurduğunu etiraf edib. Məhkəmədə o, 2011-ci ildən 2018-ci ilə qədər şirkətdə necə fırıldaqçılıq etdiyini ətraflı izah edib. Prasad “Apple”ın qlobal təchizat zəncirində işləyib. Müttəhim komissiya almaq, həddən artıq təklif vermək, hissələri oğurlamaq və heç vaxt almadığı xidmətlərə görə şirkətdən ödəniş tələb etmək kimi saxtakarlıqlar törətdiyini etiraf edib. O, "Apple"dan oğurladığı hissələri qablaşdırıb yenidən Apple satırdı. İstintaq müəyyən edib ki, Prasad “Apple”ı aldatmaq üçün əsasən şirkət tərəfindən alınan hissələrin yenidən satışını nəzərdə tutan sxemdən istifadə edib.

“Prasad 2018-ci ilə qədər “Apple”a 17 milyon dollardan çox ziyan vuran saxtakarlıq sxemləri qurduğunu etiraf edib”, - deyə prokuror bildirib. 52 yaşlı Prasad dələduzluq etmək üçün sui-qəsd də daxil olmaqla, bir neçə ittiham üzrə özünü təqsirli bilməyib. Təqsirləndirilən şəxsi 20 ilə qədər həbs cəzası gözləyə bilər. Məhkəmənin yekun qərarı gələn ilin yazında açıqlanacaq. Bildirilir ki, Prasadın Apple təchizatçıları arasında olan iki ortağına qarşı da ayrı-ayrı ittihamlar irəli sürülüb.

 

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab