TELSAT.AZ - Elan yerləşdir
  • 2322

"Apple"ın ən sürətli cihazları: iPhone 14 siyahıda yoxdur!

Populyar platforma AnTuTu fevral ayı üçün arasında iPad və iPhone modellərinin də olduğu ən sürətli iOS cihazlarını açıqladı. Beləliklə, hazırda dünyada ən sürətli iOS cihazları hansılardır?

Fevral ayının ən sürətli iOS cihazları məlum olub

AnTuTu-nun məlumatına görə, fevral ayında ən sürətli iOS cihazı 1 milyon 426 min 17 xalla 12,9 düymlük iPad Pro 6 olub. M2 prosessoru ilə az qala zirvəyə lövbər salan cihazı 1 milyon 296 min 134 xalla 11 düymlük iPad Pro 6 izlədi. 12,9 düymlük iPad Pro 5 1 milyon 205 min 566 xalla üçüncü yerdə, 11 düymlük iPad Pro 5 və iPad Air 5, 4 və 5-ci yerləri tutur. Ən sürətli iOS cihazları son illərdə əsas iPhone ailəsi olsa da, M1 və M2 çipli iPad modelləri ilə işlər kəskin şəkildə dəyişdi. Nəticədə iPhone 14 Pro və iPhone 14 Pro Max modelləri siyahının altıncı və yeddinci yerlərindədir. Maraqlıdır ki, iPhone 13 Pro Max, 12,9 düymlük iPad Pro 3 və iPhone 13 Pro modelləri ilə tamamlanan siyahıda iPhone 14 və iPhone 14 Plus-ın yer almadığını görürük.

Xatırladaq ki, iPhone 14 və iPhone 14 Plus “Apple”ın əvvəlki nəsil A15 Bionic çipi ilə işləyir.  Ailənin top modelləri olan iPhone 14 Pro və Pro Max Apple A16 ilə istifadəçilərə təklif olunur. Paylaşılan siyahıdan da görünür ki, “Apple”ın ən sürətli cihazları M seriyası ilə təchiz edilmiş iPad modelləri olmağa davam edəcək.

Fevral ayının ən sürətli Apple cihazları

- iPad Pro 6 12,9 düym

- iPad Pro 6 11 düym

- iPad Pro 5 12,9 düym

- iPad Pro 5 11 düym

- iPad Air 5

- iPhone 14 Pro

-iPhone 14 Pro Max

- iPhone 13 Pro Max

- iPad Pro 3 12,9 düym

- iPhone 13 Pro

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab