TELSAT.AZ - Elan yerləşdir
  • 2696

"Apple"ın 2027 hədəfi: yalnız OLED displeylər!

Texnologiya nəhəngi Apple şirkəti əksər məhsullarında LCD və mini LED ekranlardan istifadə edir. Ortaya çıxan yeni hesabata görə, şirkətin 2027-ci il üçün daha yaxşı bir hədəfi var. Demək olar ki, bütün məhsullarında OLED ekranlardan istifadə edəcək Apple 32 düym və 42 düymlük xarici displey də istehsal etməyi hədəfləyir.

Omdia-nın ən son BT OLED displey proqnozları iddia edir ki, dünya üzrə OLED tədarükləri 2022-ci ildə təxminən 9,7 milyon ədəd olub, 2028-ci ildə isə 70 milyondan çox olacaq. Bu artımın böyük hissəsi notbuklar hesabına təmin edilsə də, OLED planşetlərinin sayı da xeyli artacaq.

Bu gözlənilən artımın əsas səbəbkarı “Apple”ın cihazlarında OLED ekranlardan istifadənin artması olacaq. Məlumata görə, Apple gələn ildən yeni iPad Pro modellərindən başlayaraq iPad üçün OLED panellərə, daha sonra 2026-cı ildə OLED MacBook Pro-ya keçəcək. Bundan əlavə, Apple 2026-cı ilə qədər mobil cihazlarda LCD və mini-LED displeylərdən demək olar ki, tamamilə imtina edəcək.

“Apple”ın xarici ekran planlarına gəldikdə, hesabatlar göstərir ki, Apple 2027-ci ildə biri 32 düym, digəri 42 düymlük bir cüt OLED xarici displey istehsal edəcək. Bunların Pro Display XDR və Studio Display kimi müstəqil xarici displeylər və ya gələcək iMac-də istifadə üçün panellər olacağı hələ məlum deyil.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab