"Apple"dən bir ilk: ekranı qatlana bilən notbuk gəlir!

"Apple"dən bir ilk: ekranı qatlana bilən notbuk gəlir!

Texnologiya nəhəngi Apple məhsul çeşidini təkmilləşdirməyə davam edir. Yeni hesabata görə, Apple "Asus”un liderlik etdiyi  qatlanan ekranlı notbuklar üzərində işləyir.

Asus Zenbook Fold seriyası ilə qatlanan ekranlı notbukları həyatımıza daxil etdi. Bununla belə, "Asus"u gələcəkdə böyük rəqabət gözləyə bilər. Çünki Koreyadan gələn xəbərə görə, Apple özünün qatlana bilən ekranlı notbuku üzərində işləyir.

“Apple”ın sənaye mənbələrinə görə, şirkət 2026-cı ildə qatlana bilən notbuk istehsal edə bilər. Apple qatlana bilən MacBook modelini təqdim etmək üçün təchizatçılarla danışıqlar aparır və bütün detalları 2025-ci ildə planlaşdırdıqdan sonra onu 2026-cı ildə təqdim etməyə hazırlaşır. Bu cihaz buraxılarsa, indi demək olar ki, durğun olan displey bazarı yenidən canlana bilər.

Şərhlər