TELSAT.AZ - Elan yerləşdir
  • 1386

Apple tamamilə çərçivəsiz iPhone hazırlamaq istəyir

Apple-ın uzun illərdir SamsungLG ilə tamamilə çərçivəsiz bir iPhone ekranı üzərində işlədiyi bildirilir. Lakin bu texnologiyanın istehsal mərhələsinə yaxın olmadığı qeyd edilir. Bəs, tam çərçivəsiz iPhone nə vaxt təqdim ediləcək?

Telefonların ekran çərçivələri son illərdə getdikcə kiçilsə də, tam çərçivəsiz bir telefon yaratmaq hələ ki mümkünsüz görünür. Apple-ın uzun müddətdir Samsung DisplayLG Display ilə bu istiqamətdə çalışdığı, lakin texnologiyanın hazır olmadığını açıqladığı bildirilir.

Cənubi Koreyanın The Elec mənbələrinə əsasən, Apple əvvəlcə 2025 və ya 2026-cı ildə çərçivəsiz bir iPhone təqdim etməyi planlaşdırırdı. Lakin bu planların hətta 2026-da da baş tutmayacağı vurğulanır. Əsas səbəb isə texnologiyanın tam inkişaf etməməsidir.

Apple, çərçivəsiz iPhone üçün ekranı Apple Watch-un kənarlarında olduğu kimi əymək və "çay daşı" dizaynı əldə etməyi hədəfləyir. Kavisli ekran texnologiyası əvvəllər Samsung tərəfindən tətbiq edilib, son dövrlərdə isə Çin istehsalçıları dörd tərəfdən mikro kavisli ekranları təqdim ediblər. Lakin Apple, görüntünün keyfiyyətinin pozulması səbəbindən ekranın kənar hissələrinə qədər uzanmasını istəmir.


Çərçivəsiz ekran texnologiyasının problemləri

Tamamilə çərçivəsiz ekranın tətbiqi bir neçə ciddi texniki problemlə qarşılaşır. Bunlara OLED panel dövrələrinin ekran altında əyilmə zərurəti, anten sahəsi və siqnal pozuntuları, ekranın zərbələrə qarşı dayanıqsızlığı və kənarlarda görüntü təhrifləri daxildir. Bu səbəblərdən dolayı tam çərçivəsiz bir iPhone-un 2027-ci ildən əvvəl bazara çıxması gözlənilmir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab