TELSAT.AZ - Elan yerləşdir
  • 2039

Apple növbəti iPhone-da nə qədər yaddaşa ehtiyacınız olacağını izah edir

Yeni telefon alarkən nə qədər yaddaşa ehtiyacınız olduğuna qərar verməkdə çətinlik çəkirsiniz, yoxsa ən böyük yaddaş tutumlu modeli almağa qərar verdiniz? Bu günlərdə flaqman telefonlarda mövcud olan 512GB-1TB tutuma ehtiyacınız olmadıqda və siz onu aldıqda bu, adətən böyük pul itkisi olur. Apple dəstəyi yeni iPhone-unuz üçün nə qədər yaddaşa ehtiyacınız olduğunu necə müəyyənləşdirməyi təklif edir.

Keçən oktyabr ayında sizə Apple-ın 2022-ci ildə 2 TB-a qədər NAND flash yaddaşı olan iPhone 14-ü təklif edəcəyi haqqında məlumat vermişdik. Çox güman ki, bu həcmli yaddaş tutumu yalnız iPhone 14 Pro xəttində mövcud olacaq. Hal-hazırda, iPhone-da mövcud olan ən böyük yaddaş tutumu iPhone 13 Pro və iPhone 13 Pro Max-da mövcud olan 1 TB-dır və qeyri-pro modelləri üçün yaddaş 512 GB-dır. Faydalı olmağa çalışan Apple Support, cümə günü "iPhone-da yaddaş tutumunuzu necə seçə bilərsiniz?" adlı video yayımladı. Apple deyir: "Əgər siz yeni iPhone alırsınızsa, hazırda istifadə etdiyiniz yaddaş həcmini yoxlayaraq hansı yaddaş tutumunun sizin üçün ən yaxşı olduğunu öyrənə bilərsiniz." Bu, əslində məntiqlidir. Hazırda telefonunuzda nə qədər yaddaş olduğunu bilirsinizsə, yəqin ki, daha az və ya daha çox yaddaş olacağına qərar verə bilərsiniz.

Siz həmçinin iPhone-u doldurduğunuz fayl növlərinin bölünməsini görəcəksiniz. Məsələn, iPhone Storage ölçmə alətindəki rəng kodlaşdırmasından istifadə edərək, telefonunuzun proqramlar, fotoşəkillər, videolar, poçt və mesajlarla dolu olub - olmadığını tez görə bilərsiniz. Apple nümayəndəsi videoda deyir ki: "Əgər limitə yaxınlaşırsınızsa, daha böyük tutumlu iPhone düşünə bilərsiniz.”

Həmin videoda göstərilən faktlar məntiqlidir. Çünki indinin əvəzinə gələcəkdə nə qədərinə ehtiyacın olacağına fokuslanmağını tövsiyə edir. Orada qeyd edilən kimi, hər modeldə kameranın təkmilləşdirilməsi ilə siz əlavə yaddaş tələb edən daha yaxşı foto və videolar çəkə biləcəksiniz. 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab