Apple, iPhone 17 Air modelini gələn ilin ikinci yarısında bazara çıxarmağa hazırlaşır. Cihazın son dərəcə incə gövdəsi onun inkişafı zamanı mühəndisləri çətinliklərlə üzləşdirib. Telefonun incə dizaynı ilə bağlı bəzi mühüm dəyişiklikləri nəzərdə tutur.
The Information-ın məlumatına görə, Apple mühəndisləri, telefonun batarya və termo-materiallar üçün kifayət qədər yer ayırmaqda çətinlik yaşayır. Şirkət həmçinin SIM kartı telefondan çıxarmağı planlaşdırmışdı, amma Çin bazarının tələbləri səbəbindən bu qərarını dəyişdi. Buna baxmayaraq, ABŞ bazarında yalnız eSIM variantı ilə təqdim ediləcəyi gözlənilir.
iPhone 17 Air-in kamera dizaynı da dəyişəcək. Tək kamera yer alacaq və bu kamera alüminiumdan hazırlanan düzbucaqlı ada yerləşdiriləcək. Üstəlik, iPhone 17 Air modelinin iPhone Plus-ın yerini alması gözlənilir.
Telefonun digər xüsusiyyətləri ilə bağlı məlumatlara görə, 6,55 düymlük ekran və alüminium çərçivə ilə təchiz ediləcək. Apple-ın iPhone 17 Air prototipləri hazırda 5 mm ilə 6 mm arasında qalınlığa malikdir. Bu isə Apple-ın indiyə qədər istehsal etdiyi ən incə telefon olacağına işarə edir. Lakin, Apple-ın cihazı M4 iPad Pro modellərinin qalınlığında istehsal etməsi çətinləşir. Daha əvvəl, Apple-ın ultra incə iPhone üçün batarya alt təbəqəsi ilə bağlı çətinliklər yaşadığı bildirilmişdi.
iPhone 17 Air-in yer qıtlığı səbəbindən iki hoparlör əvəzinə, tək telefon dinamikləri ilə gələcəyi iddia edilir. Apple bu modeli standart versiyalarla birlikdə növbəti ilin ikinci yarısında bazara təqdim edəcək. Hal-hazırda cihazın ikinci prototip mərhələsinə keçdiyi qeyd edilir. Daha çox məlumat əldə edildikcə, sizə bildirəcəyik.