Görünür ki, Apple iPhone 16 seriyasında gözlədiyi tələbatı qarşılamaqda çətinlik çəkir. Apple analitiki Ming-Chi Kuo-nun məlumatına görə, şirkət iPhone 16 istehsalını 10 milyon ədəd azaldıb.
Texnologiya nəhəngi Apple, iPhone 16 istehsalında 10 milyon ədəd azalma edərkən, bu hadisədən sonra şirkətin səhmləri Çərşənbə günü təxminən 2% dəyər itirib. Məşhur tədarük zənciri analitiki Ming-Chi Kuo, bu azalmaların əsasən 2024-cü ilin son rübü və 2025-ci ilin ilk yarısına təsir etdiyini qeyd edib.
Kuonun hesabatına görə, azalmalar əsasən standart iPhone 16 modellərinə aiddir. iPhone 16 Pro modelləri isə daha inkişaf etmiş ekran və kameralar təklif etdiyi üçün istifadəçilər arasında daha böyük maraq doğurur.
"Buna uyğun olaraq, 2024-cü ilin ikinci yarısı üçün iPhone 16 istehsal proqnozu 84 milyon ədədə düşüb," deyə Kuoəvvəlki proqnozlarının 88 milyon olduğunu vurğulayıb. Analitik, Appleın tərəfdaşlarının ilin son rübündə 80 milyon iPhone istehsal edəcəyini, bu sayın keçən ilin eyni dövründəki 84 milyonluq istehsalla müqayisədə azalma olduğunu bildirib. O, həmçinin 2025-ci ilin birinci rübündə 45 milyon, ikinci rübündə isə 39 milyon iPhone istehsal olunacağını proqnozlaşdırır. Bu göstəricilər keçən il müvafiq olaraq 48 milyon və 41 milyon idi.
Kuo həmçinin iPhone gəlirlərinin 2025-ci ilin ilk yarısında təzyiq altında olacağını qeyd edib. Buna səbəb olaraq illik əsasda çatdırılma azalması və daha az əlverişli məhsul qarışığı göstərilir. Xüsusilə dekabrda buraxılması gözlənilən iPhone SE 4 modelinin də bu vəziyyətə təsir edəcəyi gözlənilir.
Kuo, Appleın süni intellekt sahəsindəki potensialına da toxunaraq, "Apple-ın cihaz daxilində süni intellektdə ən yaxşı mövqeyə sahib olduğuna inanıram və uzunmüddətli perspektivdə Apple Intelligence-ın məşhur ödənişli xidmət olacağına əminəm," deyə bildirib. Apple Intelligence-ın gələn həftə iOS 18.1 yeniləməsi ilə beta versiyasında istifadəçilərə təqdim olunacağı gözlənilir. Bu yeni xüsusiyyət iPhone 16 və əvvəlki il istehsal olunmuş iPhone 15 Pro modelləri tərəfindən dəstəklənəcək.