2022-ci ilin Apple tərəfindən yeni iPad modellərinin təqdimatı ilə bağlandığını söyləyə bilərik. Daha əvvəl gündəmdə olan yeni 14 və 16 düymlük MacBook Pro noutbuk modelləri gələn ilə qalıb. Eyni zamanda bu il Apple M2 Pro və Max çipsetlərini də görmək mümkün olmadı.
Apple M2 Max gələn il gələcək
Apple M2 çipsetinin çox təkmilləşdirilmiş versiyaları olacaq Apple M2 Max və Apple M2 Pro çipsetləri haqqında bilinənlər hələlik çox məhduddur. Məlumdur ki, Apple M2 Max çipsetinin 12 nüvəsi və 38-ə qədər qrafik klasteri olacaq. Bundan əlavə 8 performans və 4 səmərəlilik nüvəsi şəklində quruluş da gündəmdədir. Xüsusilə, Apple M2 Max çipsetinin 14 və 16 düymlük MacBook Pro noutbuk modellərində istifadə ediləcəyi bildirilir. 64 GB-a qədər LPDDR5 yaddaş və Apple M2 Pro seçimləri də hər iki modeldə mövcud olacaq. Beləliklə, ən güclü MacBook Pro modellərini görəcəyik. Çox güman ki, bu modellər ən tez 2023-cü ilin martında buraxılacaq.