TELSAT.AZ - Elan yerləşdir
  • 2746

Apple 84 fırıldaqçı proqramı silmək istəmir!

Apple iPhone sahiblərinin istifadə edə biləcəyi proqramları ciddi şəkildə idarə edir. Məsələn, iOS istifadəçiləri yalnız App Store-dan proqramlar yükləyə bilərlər. Bilirsiniz ki, App Store-də yerləşdirilən proqramlara görə şirkət proqramistlərdən 30 % komissiya alır. Çoxlarının ədalətsiz hesab etdiyi qiymətə baxmayaraq, Apple istifadəçilərin təhlükəsizliyini qoruduğunu bildirir. Buna rəğmən bir çox saxta proqram hələ də Apple-ın rəsmi mağazasında mövcuddur. 

Apple saxta proqramlara görə heç nə etmək istəmir!

Apple Avast-ın 2021-ci ilin mart ayında tapdığı 133 saxta proqramın əksəriyyəti ilə bağlı heç bir iş görməyib. Həmin vaxta qədər onlar 500 milyon dəfə endirilib və 365 milyon dollar gəlir əldə ediblər. 15 ay sonra həmin proqramlardan 84-ü hələ də App Store-da mövcuddur. Bu proqramlar fleeceware adlanır və pulunuzu fırıldaq yolu ilə sizdən almaq üçün hazırlanıb. Beləliklə, onlar məlumatlarınızı oğurlamasalar da olduqca təhlükəlidirlər. Çünki onlar gizli yolla həddindən artıq gəlir əldə edirlər. Vpncheck-in hesablamalarına görə, onlar hər il istifadəçiləri 100 milyon dollardan çox aldadırlar. Proqramlar 7,2 milyon dəfə yüklənib və hər ay 8,6 milyon dollar gəlir əldə edib.

Bu kimi proqramları müəyyən etmək o qədər də çətin deyil. Onların əksəriyyəti virtual musiqi alətləri, kalkulyatorlar kimi əyləncə proqramlarıdır. Həmçinin fal proqramları, foto, video filtrləri və ya redaktorları, səs artırıcıları, viktorina əsaslı oyunların adı altında gizlənə bilərlər. Digər əlamət isə aşağı reytinqli rəyləri gizlətmək üçün saxta profillərlə yazılmış 5 ulduzlu rəylərdir.

Bu proqramlardan bəziləri:

Frames - Picture Collage Maker

Facelab - Face Editor & Beauty

PDF Scanner: Document Scan, Dizzi - Photo & Video Effects

Hyper Cleaner: Clean Phone, Highlight Story Cover Maker!

Cartoons Me - Photo Art Editor, Sweet Pics - Baby Photo Edito

Slimy: Anxiety Relief Slime 3D, Frame - Slideshow Video Maker

Auto Sticker Maker Studio, iCons - Icon Changer App +

ToonApp Cartoon Photo Editor, MagicFX - Magic Video Effects

Horoscope 2019 and Palm Reader, Handset - Second Phone Number

SlidePic - Slideshow Maker, Astro+ Horoscope & Astrology

FaceMe-Fun Personality Tests, Widget PLUS+ - Photo & Weather

aipic - Magic Photo Editor, Path - Horoscope & Astrology

Photo Collage - Collageable ,Hub - Story Templates Maker

Guitar - Chords, Tabs & Games Piano - Lessons & Tiles Games

Guitar Tuner - Ukulele & Bass Guitar - real games & lessons

Drums: Play Beats & Drum Games Beat maker pro - DJ Drum Pad

Karaoke Songs - Voice Singing Piano, Crush - Keyboard Games

edjing Pro - music remix maker DJ it! - Music Mixer Pad

Jambl: DJ Band & Beat Maker, Guitar Play - Games & Songs

Memoristo: Brain Test, IQ Game

Bəs niyə Apple bu proqramları App Store-dan silmir?

Bu proqramları aşkar etməyin nə qədər asan olduğunu bilsək də görünür ki, Apple istifadəçiləri fırıldaqçı proqramlardan qorumaqdansa, axtarış reklamları və App Store gəlirlərinə daha çox əhəmiyyət verir.

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab