TELSAT.AZ - Elan yerləşdir
  • 2313

Apple 20 düymlük qatlana bilən MacBook Pro üzərində işləyir!

İndiyə qədər Apple heç bir qatlana bilən məhsul buraxmayıb, lakin bu, şirkətin yeni texnologiya üzərində işləmədiyi mənasına gəlmir. Bir müddətdir ki, yayılan söz-söhbətlər yavaş-yavaş həqiqət olmağa başlayıb. Məlumatlara görə, Apple qatlana bilən MacBook Pro hazırlıqları içindədir.

The Elec xəbər agentliyi xəbər verir ki, Apple 20 düymlük qatlana bilən ekranın hazırlığını görür. Bu ekranın Cənubi Koreyalı təchizatçı tərəfindən istehsal olunan 20,5 düymlük OLED panel olacağı da bildirilir. Bu istehsalı hansı şirkətin edəcəyi hələ bəlli deyil, lakin sözügedən ölkədə LG Display, Samsung kimi istehsalçılar var və bu şirkətlər artıq “Apple”ın tədarükçüsüdür. Hər halda, 20,5 düymlük qatlana bilən ekran içəriyə doğru bükülür və onun ölçüsü 15,3 düym ola bilər. Bu da iPad Pro-nun ekranından kiçikdir. Digər tərəfdən, o, yeni 16 düymlük MacBook Pro ilə müqayisədə daha kiçik olacaq.

Hesabatda həmçinin qeyd edilir ki, Apple 20 düymlük qatlanan cihazı 2026 və ya 2027-ci illərdə satışa çıxarmağı planlaşdırır. Yadınızdadırsa, qatlana bilən MacBook xəbərləri bu ilin əvvəlində ortaya çıxdı və daha sonra sənayenin etibarlı adlarından biri olan Mark Qurman belə bir məhsul haqqında məlumatı olduğunu bildirmişdi. 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab