TELSAT.AZ - Elan yerləşdir
  • 2930

Android istifadəçilərinə təhlükə-bu proqramları silin!

Əgər siz cib telefonunuzdan istifadə edərkən məlumatlarınızın təhlükəsizliyi və məxfiliyi ilə bağlı daim narahat olursunuzsa, təəssüf ki, bu gün də həmin günlərdən biri olacaq. Çünki sizə pis xəbərimiz var.  

Məqaləmizin növbəti abzasına keçməzdən əvvəl yerinizi rahat edin, dərindən nəfəs alın və ürəyinizdə problem varsa, dərmanı özünüzdən uzaq saxlamayın. Android-də "Facestealer" kimi 200-dən çox casus proqramı aşkarlanıb. Belə ki, kibertəhlükəsizlik şirkəti 40-dan çox saxta kriptovalyuta miner tətbiqini insanların zəhmətlə qazandıqları kriptovalyuta pullarını, eləcə də digər müxtəlif növ şəxsi məlumatlarını oğurlayarkən cinayət başında yaxalayıb.

Ona görə də bu tətbiqləri telefonunuzdan silin və heç vaxt yükləməyin:

-Daily Fitness OL

-Enjoy Photo Editor

-Panorama Camera

-Photo Gaming Puzzle

-Swarm Photo

-Business Meta Manager

-Cryptomining Farm Your own Coin

Bu məsələdə yaxşı xəbər odur ki, bu yeddi və digər adı açıqlanmayan saxta proqramlar haqqında məlumat yayılan kimi Play Store bunları dərhal sildi. Pis tərəfi də odur ki, bu proqramdan istifadə edənlərin şəxsi məlumatları oğurlanıb və artıq onları geri qaytarmaq mümkün deyil. Edəcəyiniz ən məntiqli hərəkət proqramı silməklə yanaşı, qeydiyyatda olduğunuz bütün saytlardan istifadəçi adınızı və kodunuzu dəyişməkdir.

Bu təhlükələrdən uzaq olmaq üçün bunlara diqqət edin:

-Bəzən olur ki, izləyicilər özləri də bundan xəbər tutur. Google play-dəki kimi fikirlərini rəylərdə bölüşürlər və ya verdikləri ballarda bunu göstərirlər. Təəssüf ki, bu da ideal yol deyil. Bunu Photo Gaming Puzzle və Swarm Photo proqramlarının 4,5 ulduzlu orta göstəricisi və ya Enjoy Photo Editor-un 4,1 balı sübut edir. Eyni zamanda bu proqram Play Store-dan 100.000 dəfə yüklənib.

-Əlbəttə Play Store-də bu temada daha yüksək reytinqli tətbiqlər var və təhlükəsizlik üçün insanlar tərəfindən daha çox yüklənənləri seçmək lazımdır.

Saxta kriptovalyuta miner proqramlarına gəldikdə ümumi məsləhətlərimizə əməl edin və heç vaxt belə platformalara (xüsusilə təsdiqlənməmiş və yoxlanılmamış) bir qəpiyinizi belə etibar etməyin.  Əks halda, pul kisənizdəki hər şeyi itirmək riski ilə üzləşəcəksiniz.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab