TELSAT.AZ - Elan yerləşdir
  • 1407

Android 16-nın çıxış tarixi açıqlandı: Gözləniləndən tez gələcək

Google, son illərdə tətbiq etdiyi Android buraxılış təqvimində dəyişiklik edərək, "Paxlava" kod adlı Android 16-nı 2025-ci ilin ikinci rübündə təqdim edəcəyini açıqladı. Əvvəlki təqvimdə Android versiyaları ilin üçüncü rübündə təqdim edilirdi.


Niyə belə bir dəyişiklik edildi?

Şirkət bu dəyişikliklə Google ekosistemindəki cihazların buraxılış tarixləri ilə uyğunluq yaratmağa çalışdığını və bunun daha çox cihazın Android versiyasını vaxtından əvvəl əldə etməsinə imkan verəcəyini bildirib. Keçən il Pixel 9 avqustda təqdim olunmuş, lakin Android 15 hazır olmadığı üçün Android 14 ilə təqdim edilmişdi. Yeni təqvimə əsasən, Pixel 10 birbaşa Android 16 ilə çıxacaq.

Adətən oktyabr və noyabr aylarında elan edilən Android flaqman modelləri üçün bu, yeni versiyaları cihazlarına inteqrasiya etmək üçün daha çox vaxt təmin edəcək. Eyni zamanda, Google buraxılışı iOS-un çıxış tarixindən qabağa salaraq rəqabətdə üstünlük qazanmağı hədəfləyir.

Yeni sistemdə Google, tərtibatçılara ikinci rübdə böyük bir versiya, dördüncü rübdə isə kiçik funksiyalara malik SDK təqdim edəcək. Bu, uyğunluq testlərinin daha erkən aparılmasını tələb edəcək, lakin bunun üstünlüyü odur ki, daha çox cihaz yeni funksiyalardan dərhal istifadə edəcək, bu da tətbiqlərin həmin yenilikləri dəstəkləməsi üçün daha çox səbəb yaradacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab