TELSAT.AZ - Elan yerləşdir
  • 3192

Ən güclü oyun prosessoru – AMD Ryzen 7 5800X 3D təqdim olundu

    Hər il keçirilən və texnologiya həvəskarlarının sevimlisi olan CES sərgisi bu il də həyəcanlı bir şəkildə davam edir. İntel şirkətinin əzəli rəqibi olan AMD şirkəti “Dünyanın ən güclü oyun prosessoru” olaraq adlandırdığı Ryzen 7 5800X 3D prosessorunu təqdim etdi.

     AMD şirkətinin kompüter-çip ekosistemində ciddi dəyişikliklərə səbəb olması planlanan yeni 3D V-cache texnologiyası ilə hazırlanmış prosessoru CES 2022 sərgisinin ən həyəcanlı təqdimatı oldu. Şirkətin iddialara görə yeni prosessor oyunlar üçün hazırlanmış ən güclü prosessordur. Təqdim edilən Ryzen 7 5800X 3D prosessoru Zen 3 arxitekturasında hazırlanmış 8 nüvəyə və 16 iş parçacığına malikdir. Həmçinin 3.4 Ghz tezlikdə işləyən bu prosessor yük altında 4.5 Ghz turbo tezliyinə çıxa bilir. 32 MB L3 keş yaddaşına malik olan prosessorun əlavə olaraq 64 MB önkeş yaddaşı olacağı AMD tərəfindən bildirilib.

    Təqdimata əsasən yeni prosessor bu ilin Bahar aylarından satışa çıxacaq. Lakin mövcud olan çip qıtlığı problemi istifadəçiləri qismən qorxuzur. Beləki yeni prosessorun çox yüksək sayda istehsal edilməməsi mümkün görünür.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab