TELSAT.AZ - Elan yerləşdir
  • 2052

2024-cü ilin ən yaxşı Windows tətbiqləri seçildi: Qaliblər!

Microsoft, 2024-cü ilin ən yaxşı Windows tətbiqlərini təqdim etdi. Yalnız Microsoft Store-da mövcud olan tətbiqləri əhatə edən müsabiqədə, 14 müxtəlif kateqoriyada ən yaxşı tətbiqlər mükafatlandırıldı.

Microsoft hər il keçirdiyi Microsoft Store Mükafatları ilə yalnız rəsmi mağazada yer alan Windows tətbiqləri arasından ən yaxşıları seçir. Bu ilki, yəni 2024-cü ilin qalibləri bir blog yazısı vasitəsilə elan edildi. Budur, süni zəka, oyun və həyat tərzi kimi 14 kateqoriyada mükafat qazanan tətbiqlər:


1. Süni Zəka

dJay Pro Algoriddim - DJ-lər üçün hazırlanmış dJay Pro Algoriddim, musiqi istehsalını süni zəka dəstəyi ilə yeni səviyyəyə yüksəldir.

 

2. Həyat Tərzi

Diarium Journal & Diary - İstifadəçi dostu interfeysi ilə seçilən bu rəqəmsal gündəlik tətbiqi, qeyd və məxfilik üçün şifrələmə funksiyasına malikdir.

3. Şəxsi Maliyyə

TradingView - Yeni və təcrübəli sərmayəçilərə portfellərini asanlıqla idarə etməyi və bazarı təhlil etməyi təmin edən bir tətbiqdir.



4. İş

Gamma - Layihə idarəetməsi və komanda əməkdaşlığı üçün hazırlanmış bu tətbiq, komandaların birgə çalışmasını və onlayn görüşlər keçirməsini təmin edir.

5. Təhsil

Typing Land - Yazı bacarıqlarını əyləncəli şəkildə artırmağa kömək edir. 40 fərqli mini oyun mövcuddur.



6. Məhsuldarlıq

Todoist: To-Do List & Planner - Günlük işlərinizi asanca təşkil etməyə imkan verən və planlama imkanı yaradan bir tətbiqdir.

7. Musiqi

Apple Music - Apple-ın təqdim etdiyi musiqi axını xidməti. Geniş musiqi arxivi və itkisiz səs keyfiyyəti ilə diqqət çəkir.

 


8. Sağlamlıq və Fitness

F.lux - Göz yorğunluğunu azaldan ekran tətbiqi. Ekranın rəng istiliyini günün saatına və mövqeyinizə görə tənzimləyir.

9. Tibb

Complete Anatomy 2024 - İnsan anatomiyasını öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş bu tətbiq, tibb tələbələri və meraklılara insan bədənini yaxından tanımağa imkan verir.

 


10. Tərtibatçı Alətləri

oh-my posh - Komanda sətirini fərdiləşdirmə aləti. Fərqli komanda sətri interfeysləri üçün fərdiləşdirmə seçimləri təqdim edir.

11. Sosial Media

Pinterest - İlham axtaranların ilk dayanacaqlarından biri olan Pinterest, dünyanın ən məşhur vizual məzmun platformalarından biridir.



12. Yaradıcı Alətlər

Adobe Express - Qrafik dizayn aləti. Geniş şablon seçimi ilə seçilir və Adobe Firefly dəstəyi ilə unikal effektlər yaradır.

13. Oyun

Asphalt Legends Unite - Yüksək keyfiyyətli qrafikləri ilə məşhur olan bu yarış oyunu, fərqli oyun rejimləri ilə maraqlı bir təcrübə təklif edir.



14. Yüksələn Ulduz

Endel Music: Focus, Sleep, Relax - Meditasiya, rahatlama, yuxu və konsentrasiya üçün şəxsi musiqi yaradan bir tətbiqdir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab