IDC tədqiqat şirkəti 2024-cü ilin birinci rübünün məlumatlarını açıqlayıb. Məlumata görə, iPhone satışlarının azalması ilə Apple liderliyini Samsung-a itirib. Ən çox satılan smartfon markalarını təqdim edirik:
“International Data Corporation” (IDC) araşdırma şirkəti tərəfindən dərc edilən hesabata görə, 2024-cü ilin birinci rübündə Apple-ın iPhone satışları qlobal miqyasda təxminən 10 faiz azalıb. Hesabat Apple üçün ciddi siqnallar versə də, Samsung ilk rübdə güclü Galaxy S24 satışları ilə keçən il Apple-a itirdiyi zirvəni geri qaytardı. 2024-cü ilin ilk dövründə ən çox satılan smartfon markalarını təqdim edirik:
Ən çox satılan smartfon markaları (yanvar-mart 2024)
IDC hesabatına görə, Apple birinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz azalaraq 50,1 milyon ədəd tədarük edib. Apple-ın bazar payı 17,3 faiz azalıb. Hesabatda ilk beş smartfon markası arasında Apple ən kəskin enişi qeyd edib. Samsung, ilk rübdə 20,8 faiz bazar payı ilə keçən il Apple-a uduzduğu zirvəni yenidən qazanıb. Şirkət bu müddət ərzində 60,1 daşıma həyata keçirib.
IDC hesabatında ən çox satılan smartfon markaları siyahısında ilk beşlikdə Samsung, Apple, Xiaomi, Transsion (Techno, itel, Infinix) və Oppo şirkətləri yer alıb. Birinci rübdə Xiaomi tədarükləri 33,8 faiz artaraq 40,8 milyon ədədə, Transsion isə 84,9 faiz artaraq 28,5 milyon ədədə çatıb. Oppo-nun tədarükləri birinci rübdə 8,5% azalaraq 25,2 milyona düşüb.
Burada Transsion qrupu üçün mötərizə açmaq lazımdır. Tecno, Itel və Infinix brendlərinin sahibi olan Transsion sakitcə dünyanın beşinci ən böyük smartfon istehsalçılarından birinə çevrildi.
Texnologiya nəhəngi Huawei və onun törəmə şirkəti Honor ilk beşlik siyahısına düşə bilməsələr də, Counterpoint Research-ə görə 2024-cü ilin ilk altı həftəsində ən yaxşı performans göstərən smartfon markaları olublar. Apple-ın tənəzzülündə güclü amillərdən biri Huawei-nin Mate 60 seriyalı telefonları oldu.