2022-nin ən çox gözlənilən smartfonları bəlli oldu: İlk sırada iPhone 14 var

2022-nin ən çox gözlənilən smartfonları bəlli oldu: İlk sırada iPhone 14 var

    Mozillion analitikləri 2022-nin ən çox gözlənilən smartfon siyahısını təqdim etdi. Google axtarış sayılarını analiz edərək hazırlanan siyahıda ilk sırada iPhone 14 var. Siyahı 20 modeldən ibarətdir.

    Mozillion analitikləri tərtib etdikləri siyahılar ilə bilinirlər. İndi isə 2022-də ən çox gözlənilən smartfon modellərindən ibarət siyahını təqdim ediblər. Siyahı Google axtarış nəticələri analiz edilərək hazırlanıb. Nəticələrə görə 2022-nin ən çox gözlənilən smartfon modeli iPhone 14 olub. Son 12 ay ərzində bu smartfon 1.1 milyondan daha çox axtarılıb. İkinci sırada isə 518 min sorğuyla Galaxy S22 yerləşir. Qeyd edək ki, Galaxy S22 seriyası bu ay təqdim olunacaq. Üçüncü sırada isə 285.470 axtarış sayı ilə iPhone SE 3 yerləşib.

    Həmçinin çinli smartfon modelləri də bu siyahıya daxildir. Çinli smartfon modelləri arasında 195.700 dəfə axtarılan Vivo V23 lider oldu. Ardınca isə 165.300 axtarış ilə Xiaomi 12 yerləşib. İlk 10-luğa girə bilən smartfonlar arasında OnePlus 10, Realme GT 2 Nokia X50 də var.

Ümumi siyahı belədir:

  1. Apple iPhone 14 — 1.110.030 axtarış
  2. Samsung Galaxy S22 — 518.000 axtarış
  3. Apple iPhone SE 3 — 285.470 axtarış
  4. Vivo V23 — 195.700 axtarış
  5. Xiaomi 12 — 165.300 axtarış
  6. Oppo Reno 7 — 162.610 axtarış
  7. OnePlus 10 — 148.100 axtarış
  8. Realme GT 2 — 134.700 axtarış
  9. Nokia X50 — 92.100 axtarış
  10. Honor Magic 3 — 89.720 axtarış
  11. Oppo Find N — 76.900 axtarış
  12. Huawei Mate 50 — 44.900 axtarış
  13. Poco X4 — 40.500 axtarış
  14. Google Pixel 6a — 37.000 axtarış 
  15. Redmi K50 — 37.000 axtarış
  16. Nokia 10/X60 — 33.700 axtarış
  17. Google Pixel Fold — 24.700 axtarış
  18. Poco F4 — 22.200 axtarış
  19. OPPO Find X4/X5 — 16.920 axtarış
  20. ASUS ROG Phone 6 — 16.500 axtarış

Şərhlər

Digər xəbərlər