TELSAT.AZ - Elan yerləşdir
  • 2621

2022-ci ilin ən çox satılan telefonları açıqlandı!

Dünyaya təsir edən pandemiya və çip böhranı sona çatdıqdan sonra smartfon bazarında ciddi dəyişiklik var. Apple öz xəttini qoruduğu halda, Android cəbhəsində qatlanan modellərə keçidi görürük. Hər il olduğu kimi aparıcı tədqiqat və təhlil şirkətlərindən biri olan Counterpoint Research 2022-ci ildə ən çox satılan smartfon modellərini açıqlayıb.

2022-ci ilin ən çox satılan telefonları açıqlanıb

Counterpoint Research tərəfindən paylaşılan siyahıda iPhone seriyası 2022-ci ildə ən çox satılan telefonlardır. Siyahıya əsasən, 2021-ci ildə buraxılan iPhone 13 ümumi satışların 5 faizi və bütün iPhone satışlarının 28 faizi ilə birinci yeri tutub. iPhone 13-dən sonra gələn digər iki model iPhone 13 Pro Max (2,6%) və iPhone 14 Pro Max (1,7%) olub. Siyahıya sərfəli Galaxy A13 (1,6%) ilə daxil olan Samsung bir çox iPhone və Android rəqibini geridə qoyaraq dördüncü yeri tutub. Bilməyənlər üçün bildirək ki, 2021-ci ilin ən çox satılan telefonu Samsung Galaxy A12 idi. Görünən odur ki, Cənubi Koreya nəhəngi büdcə telefonlarındakı üstünlüyünü qorumağa davam edəcək.

Ümumi satışlarda beşinci və altıncı yerləri iPhone 13 Pro (1,6%) və iPhone 12 (1,5%) tutur. Siyahının qalan hissəsindəki digər modellər iPhone 14 (1,4%), iPhone 14 Pro (1,2%), iPhone SE 2022 (1,1%) və Samsung Galaxy A03 (1,1%) olub.

2022-ci ilin ən çox satılan telefonları:

- iPhone 13

- iPhone 13 Pro Max

- iPhone 14 Pro Max

- Galaxy A13

- iPhone 13 Pro

- iPhone 12

- iPhone 13

- iPhone 14 Pro

- iPhone SE 2022

- Galaxy A03

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab