2022-ci ilin ən çətin təmir edilmiş telefonları açıqlandı!

2022-ci ilin ən çətin təmir edilmiş telefonları açıqlandı!

Smartfon nəhəngləri cihazların təmiri prosesini, o cümlədən batareyanın dəyişdirilməsini asanlaşdırmaq üçün müxtəlif addımlar atmağa çalışır. İndi Electronics Hub-ın yeni araşdırmasında 2022-ci ilin ən asan və ən çətin təmir olunan smartfonları açıqlanıb. Bəs bu araşdırmada kim lider olub? 

2022-ci ilin ən çətin təmir olunmuş smartfonları məlum olub

Paylaşılan siyahının ilk üç sırasına nəzər salsaq, 2022-ci ildə ən asan təmir edilmiş telefonlar Motorola Moto G7, Samsung Galaxy A40 2019 və Galaxy S22 Ultra olub. Sonrakı yerləri iPhone 11 Pro Max, iPhone 13, Poco M3, OnePlus Nord 2 5G, iPhone 14, POCO F3 və iPhone 12 tutur.

Xatırlasaq, evdə təmir asanlığı baxımından Samsung 2013 və 2014-cü illərdə lider idi. Sonrakı illərdə bu liderliyini Google, Motorola, Apple və Xiaomi kimi markalara uduzan Koreya nəhəngi 2022-ci ildə ən böyük rəqibi “Apple”ı geridə qoyaraq lider mövqeyini bərpa etdi. Ən çətin təmir olunan telefon isə  60,3 dəqiqə təmir vaxtı ilə Google Pixel 7 (2022) olub. Siyahıdakı digər modellər belədir: Galaxy Note 10, Apple iPhone SE 3, Redmi Note 7, Xiaomi Mi 9 2019, Huawei P30 Pro, Redmi Note 11 Pro, Google Pixel 3a XL, Galaxy A72 2021 və Galaxy A53 5G 2021.

Şərhlər