2021-in ən çox satılan smartfonları bəlli oldu (Statistika)

2021-in ən çox satılan smartfonları bəlli oldu (Statistika)

 Counterpoint Research tərəfindən yayımlanan statistikaya görə 2021-in ən çox satılan smartfonları bəlli olub. Siyahıda Apple markasına məxsus smartfonlar üstünlük təşkil edir. iPhone modelləri qiymət olaraq baha olsalar da bir xeyli rəğbət görürlər.

 Statistik məlumatlar yayımlamaqla bilinən Counterpoint Research şirkəti 2021-ci ildə ən çox satılan smartfon modellərinin siyahısını paylaşıb. Siyahıya əsasən Apple şirkəti ən çox smartfon satan marka olub. 2.9% ilə iPhone 12 ən çox satılan smartfon modeli olub. İkinci yerdə isə 2.2% ilə iPhone 12 Pro Max gəlir. Üçüncü sırada iPhone 13, dördüncü sırada iPhone 12 Pro, beşinci sırada iPhone 11 yerləşib. Bu da onu göstərir ki, Apple şirkəti keçən il bir xeyli satış edib. Satış rəqəmlərinə görə Apple şirkəti 40 milyon iPhone 12, 30 milyon iPhone 12 Pro Max və hər biri 27-29 milyon arası satılan iPhone 13, 12 Pro və 11 modellərini satıb. Bundan başqa Samsung şirkəti Galaxy A12 modeli ilə 2%-lik bir satış əldə edib. Çin, Hindistan kimi ölkələrdə güclü satışlar edən Xiaomi şirkəti isə Redmi 9A Redmi 9 modelləri ilə yeddinci və onuncu sıraya daxil ola bilib.

Ümumi statiska belədir:

  1. Apple iPhone 12   /  %2.9
  2. Apple iPhone 12 Pro Max  /  %2.2
  3. Apple iPhone 13  /  %2.1
  4. Apple iPhone 12 Pro  /  %2.1
  5. Apple iPhone 11  /  %2.0
  6. Samsung Galaxy A12  /  %2.0
  7. Xiaomi Redmi 9A  /  %1.9
  8. Apple iPhone SE 2020  /  %1.6
  9. Apple iPhone 13 Pro Max  /  %1.3
  10. Xiaomi Redmi 9  /  %1.1

Şərhlər