İstifadəçi razılaşması

İstifadəçi razılaşması

                                                                                                                                  İSTİFADƏÇİ RAZILAŞMASI

                                                            Bakı şəhəri                                                                                                                         31 yanvar 2022-ci il

“İstifadəçi” ilə “Administrasiya” arasında bağlanan istifadə şərtləri barəsində razılaşma (bundan sonra “İstifadəçi Razılaşması” adlandırılacaq) “TelSat.az” “Servis”in istifadə şərtlərini müəyyən edir.

  1. ƏSAS ANLAYIŞLAR

1.1. Hazırki “İstifadəçi Razılaşmasında” aşağıdakı terminlərdən istifadə ediləcəkdir:

1.1.1. Servis – İnternet şəbəkəsində “https://Telsat.az/” domen ünvanında yerləşdirilmiş İnternet-resursu (sayt), müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır, saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), habelə xidmətlərdə “Administrasiya” və “İstifadəçi”lər tərəfindən yerləşdirilmiş informasiyadır.

1.1.2. Administrasiya – “Servis”in inzibatçılığını həyata keçirən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və qeydiyyatdan keçmiş “TELSAT” MMC. Servisə dair bütün mülkiyyət hüquqları müstəsna olaraq TelSat.az-a aiddir.

1.1.3. İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və “Servis” xidmətlərindən istifadə edən istənilən şəxsdir. 

1.1.4. Şəxsi kabinet – “İstifadəçi”nin mühitinin “İstifadəçi” tərəfindən müəyyən edilmiş (yerləşdirilmiş) məlumatlar məcmusudur. Hər hansı bir “İstifadəçi”nin yalnız bir “Şəxsi kabinet”i ola bilər.

1.1.5. İstifadəçinin şəxsi informasiyası – “İstifadəçi”nin özü haqqında, “İstifadəçi”nin şəxsi məlumatları, “Servis”dən istifadə prosesində “Administrasiya”ya avtomatik olaraq ötürülən informasiya, o cümlədən IP-ünvan, Cookie-dən informasiya, “İstifadəçi”nin brauzeri haqqında və digər informasiyalar daxil olmaqla, “İstifadəçi” haqqında məlumatlar məcmusudur.  

1.1.6. İnformasiya – Servisdə İstifadəçi və ya Administrasiya tərəfindən yerləşdirilmiş istənilən məlumatlardır.

1.1.7. Avtorizasiya- Hər hansı şəxsə və ya şəxs­lər qrupuna müəyyən fəaliyyətin həyata keçirilməsi üçün verilən hüquq, habelə bu hüquqdan istifadəyə nəzarət prosesidir

1.1.8. Moderasiya- “Servis”də yerləşdirilən məlumatların yenilənməsi, dəyişdirilməsi və ya silinməsi prosesidir.

1.1.9. Moderator- Modeasiya prosesini realizə edən şəxslər.

1.1.7. Spam –icazə verilməyən reklam, informasiya, təşviqat və digər xarakterli poçt və ya göndərmələrdir.

1.1.8. Mal – məhsul, işlər, xidmətlər, maddi-texniki resurslar, mülki və qeyri-mülki hüquqlardır.

1.1.9. Bu Razılaşmanın Tərəfləri Administrasiya və İstifadəçidir.

1.2. Bu “İstifadəçi Razılaşması”nda istifadə olunan və “Əsas anlayışlar” bəndində əksini tapmayan istənilən terminlər və anlayışlar, “İstifadəçi Razılaşması”nın mətnindən yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir. “İstifadəçi Razılaşması”nda istifadə edilən terminin və ya təyinin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında “Administrasiya” tərəfindən müəyyən izahlar veriləcəkdir.

  1. ÜMUMİ MÜDDƏALAR

2.1. TelSat.az – Azərbaycanın ilk və tək mobil telefon elanlarının saytıdır.

2.2. TelSat.az istifadəçilərə mobil elanlar yerləşdirə biləcəyi bir platforma təqdim edir. İstifadəçilər aşağıdakı 4 kateqoriya üzrə istənilən elanı asanlıqla yerləşdirə bilər:

2.2.1. Telefonlar;

2.2.2. Komputer və Planşetlər;

2.2.3. Smart Cihazlar;

2.2.4. Aksesuarlar.

2.3. Əlavə olaraq bu 4 kateqoriya üzrə məhsul satmaq istəyən sahibkarlara öz onlayn mağazalarını yarada bilərlər.

2.4. “Servis” xidmətlərindən və materiallarından istifadə etmə qaydaları hazırda qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyin normaları, bu “İstifadəçi Razılaşması”, habelə “TelSat.az” saytın “Məxfilik Siyasəti” ilə tənzimlənir.

2.2. Hazırki “İstifadəçi Razılaşması” ictimai ofertadır.

  1. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

3.1. “İstifadəçi”nin hüquqları:

3.1.1. “Servis” xidmətlərindən istifadə etməklə elanları yerləşdirmək və “Servis”də təklif edilən xidmətlərdən yararlanmaq;

3.1.2. Bəzi xidmətlərin verilməsinə və yararlanmasına “Administrasiya” tərəfindən qəbul edilmiş xüsusi qaydalara və/ və ya Razılaşmalara riayət etmək;

3.1.3. “Servis”ə daxil olmaq üçün zəruri məlumatları (elektron ünvanı və şifrəni) istənilən vaxtda dəyişmək;

3.1.4. “Administrasiya” tərəfindən saytda yerləşdirilmiş xüsusi formanın doldurulmasından sonra qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq “Servis”də elanları yerləşdirmək;

3.1.5. Bu “İstifadəçi Razılaşması”nda, “Administrasiya” tərəfindən qəbul edilmiş digər qaydalarda və qüvvədə olan qanunvericilikdə göstərilmiş digər hüquqlar.

3.2. “İstifadəçi”nin öhdəlikləri:

3.2.1. Hüquqi və ya fiziki şəxs adından “Servis” xidmətlərindən istifadə edərək, bu “İstifadəçi Razılaşma”ya qoşulmaq və istifadə üzrə təlimatlarına riayət etmək şərtlərini və öhdəliklərini qəbul etmək;

3.2.2. Hazırkı “İstifadəçi Razılaşma”nın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadıqda, “Servis”ə girişdən və istifadədən imtina etmək;

3.2.3. “Servis”dən istifadə edərək, tələb edilən məlumatları düzgün daxil etmək;

3.2.4. “Servis”ə daxil olmaq üçün zəruri məlumatları (elektron ünvanı və şifrəni) gizli saxlamaq;

3.2.5. Əgər onun “Şəxsi kabineti”nə icazəsiz daxil olma haqqında əsaslı şübhələr varsa, öz elektron ünvanını və şifrəsini dəyişmək;

3.2.6. “Servis”ə daxil olma və ya onun xidmətlərindən istifadə etmə imkanları məhdudlaşdırılmış “İstifadəçilər”in “Servis”də təkrar qeydiyyatı üçün “Administrasiya”dan icazə almaq;

3.2.7. Qanunvericilik və ya hamlılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilən hərəkətləri, o cümlədən intellektual mülkiyyət, müəllif və ya digər hüquqlar sahəsində, həmçinin “Servis”in normal işinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətləri, təşəbbüs etməmək;

3.2.8 “Servis”in təlimatlarına uyğun olaraq elanları yerləşdirmək, “Mal” və onun satılması şərtləri haqqında etibarlı və tam informasiyanı vermək;

3.2.9. Elanda göstərilmiş “Mal” haqqında informasiyanı yoxlamaq, səhv və ya natamam məlumatlar aşkar edildikdə, elandakı lazımlı məlumatları düzəltmək və ya tamamlamaq;

3.2.10. “Servis”in infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən hər hansı hərəkətə təşəbbüs etməmək;

3.2.11. “Administrasiya”nın ilkin yazılı icazəsi olmadan “Servis”də olan istənilən informasiyanı köçürməmək, təkrar etməmək, dəyişdirməmək, yaymamaq və ictimaiyyətə təqdim etməmək;

3.2.12. “Servis”in işinə mane olmamaq, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olmamaq;

3.2.13. Bu “İstifadəçi Razılaşması”nda, “Administrasiya” tərəfindən qəbul edilmiş digər qaydalarında və qüvvədə olan qanunvericilikdə göstərilmiş digər öhdəliklər.   

3.3. “Administrasiya”nın hüquqları:

3.3.1. Birtərəfli qaydada hazırkı “İstifadəçi Razılaşma”nın şərtlərini dəyişdirmək;

3.3.2. “İstifadəçi” qeydiyyatdan keçdikdə daxil edilmiş məlumatların həqiqliyini təsdiqlanməsini, habelə təsdiqləyici sənədlərin təqdim edilməsini istənilən vaxt tələb etmək;

3.3.3. “İstifadəçi” tərəfindən qeydiyyat və/və ya avtorizasiya zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanılması məqsədi ilə xüsusi texniki qərarlardan (kodlaşma və avtorizasiya) istifadə etmək;

3.3.4. “İstifadəçi”nin hazırkı “İstifadəçi Razılaşması”nın şərtlərini pozan xidmətlərindən istifadə etməyini dayandırmaq;

3.3.5. “İstifadəçi” tərəfindən bu “İstifadəçi Razılaşması”nın, digər “İstifadəçilərin, habelə qüvvədə olan qanunvericiliyin pozması halında və bununla yanaşı digər zəruri səbəblərdən “İstifadəçi”nin “Servis”ə daxil olma imkanını məhdudlaşdırmaq və ya dayandırmaq;

3.3.6. Bu “İstifadəçi Razılaşması”nda, “Administrasiya” tərəfindən qəbul edilmiş digər qaydalarında və qüvvədə olan qanunvericilikdə göstərilmiş digər hüquqlar.

3.4. “Administrasiya”nın öhdəlikləri:

3.4.1. Hazırkı “İstifadəçi Razılaşma”nın şərtlərini birtərəfli qaydada dəyişdikdə, bu barədə “İstifadəçi”ni xəbərdar etmək;

3.4.2.  Xidmətlərə daxil olma və/və ya istifadə imkanı məhdudlaşdırılmış “İstifadəçi”lərin təkrar qeydiyyatı zamanı həmin “İstifadəçi” tərəfindən daxil edilmiş məlumatların həqiqliyini və etibarlığını yoxlamaq;

3.4.3. “İstifadəçi”lərin “Servis”ə daxil olmağını və istifadə etməyini könüllük prinsipi əsasında həyata keçirməyini təmin etmək; 

3.4.4. Bu “İstifadəçi Razılaşması”nda, “Administrasiya” tərəfindən qəbul edilmiş digər qaydalarında və qüvvədə olan qanunvericilikdə göstərilmiş digər öhdəliklər.

  1. SERVİSDƏN İSTİFADƏ QAYDALARI
    Elanların yerləşdirilməsi aşağıdakı qaydalara və şərtlərə riayət edilməklə həyata keçiriləcək:

4.1. “İstifadəçi” tərəfindən yerləşdirilmiş hər hansı məlumatlar, o cümlədən şərhlər və digər qeydlər qüvvədə olan qanunvericiliyin tələbləri və hamlılıqla qəbul edilmiş ictimai normalar ilə ziddiyyət təşkil etməməlidir.

4.2. “Administrasiya” tam ödənişsiz qaydada “İstifadəçi” tərəfindən verilmiş elanları, məlumatları və hər hansı digər informasiyanı dərc edilməsi məqsədi ilə “İstifadəçi” hər yerdə qüvvədə olan, müddətsiz, qaytarılması, qeyri-müstəsna istifadə, yayılma, nəşr, yığım, işlənmə, nümayiş, surət çıxarma, təkrarlama hüququnu, məlumatların, təsvirlərin, şəkillərin, video və audio materialların, məlumat bazalarının, nəşrlərin, müəllif hüquqlarının və intellektual mülkiyyət hüquqlarının, bununla yanaşı “İstifadəçi” tərəfindən bütün məlum olan və ya məlum olmayan informasiya daşıyıcılarında istənilən başqa informasiyanın yenidən hasil edə bilər. 

4.3. “İstifadəçi” tərəfindən “Servis”də yerləşdirilmiş məlumatlar digər “İstifadəçi”lər tərəfindən giriş edilə bilər. Lakin, həmin “İstifadəçi” “Servis”də yerləşdirmiş materiallara müstəsna intellektual mülkiyyət hüquqlarına malikdir. 

4.4. Elanı yerləşdirərək “İstifadəçi” müvafiq elanda göstərilmiş hərəkətlərin həyata keçirmək hüququna malik olmalıdır. Elan yerləşdirməklə “İstifadəçi” həmin hüququna malik olmasını təsdiq edir və bununla bağlı qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş məsuliyyət daşıyır.

4.5.  Bununla yanaşı “İstifadəçi” “Servis”in elanlarında hər hansı məlumatın yerləşdirilməsinə bütün lazımi hüquqlara, eləcə də lisenziyalara, icazələrə, patentlərə, ticarət markalarına və digər zəruri sənədlərinə malik olmalıdır. Əlavə olaraq, “İstifadəçi” zəruri hallarda üçüncü şəxslərə məxsus olan adlarından, təsvirlərdən və ya başqa obyektlərdən  istifadə üçün rəsmi icazə almalıdır.

4.6. “İstifadəçi” tərəfindən yerləşdirilmiş “Mal” haqqında əlavə məlumatlar və verilən hər hansı digər məlumatları təsdiqləyən sənədləşməni tələb edə bilər. Həmin sənədləşmənin verilməsinə qədər “Servis” elanın nəşr prosesini dayandırır.

4.7. “İstifadəçi” istənilən “Mal”ları o şərtlə elanda yerləşdirə bilər ki, həmin “Mal”ın sərəncamı ilə bağlı hər hansı icazələr tələb edilmir.

4.8. “Servis” xidmətləri keyfiyyətinin səmərəli artırılması məqsədi ilə “Servis” “İstifadəçi” tərəfindən aktiv elanların yerləşdirilməsi miqdarını, habelə “İstifadəçi”nin hərəkətlərini məhdudlaşdıra bilər.

4.9. Elanda yerləşdirilmiş “Mal”ın təsviri onun satış şərtlərini təşkil edir. Həmin şərtlər bu “İstifadəçi Razılaşması”, “Adminstrasiya” tərəfindən qəbul edilmiş qaydalar, habelə qüvvədə olan müvafiq qanunvericilik ilə müəyyən edilir.

4.10. Elanda yerləşdirilmiş “Malın” təsviri ilə yanaşı onun çatdırılma qaydaları da göstərilməlidir.

4.11. Hər hansı məlumatın elanda nümayiş olunması şərtləri, satış şərtləri və malın təsviri, habelə elanın başqa şərtləri elanın yerləşdirilməsi vaxtı, eləcə də gələcəkdə qüvvədə olan qanunvericiliyinə, hazırkı “İstifadəçi Razılaşması”na (“Administrasiya” tərəfindən qəbul edilmiş hər hansı digər qaydalar daxil olmaqla) və ona edilmiş dəyişikliklərinə zidd olmamalıdır. Əgər yuxarıda qeyd edilmiş qaydaların bəndlərində dəyişikliklərin edilməsi nəticəsində aktiv elanların hər hansı hissəsində müvafiq qaydaların bəndləri arasında uyğunsuzluq olarsa, “İstifadəçi” həmin uyğunsuzluğu aradan qaldırmalıdır. Uyğunsuzluğu aradan qaldırmaq mümkün olmadıqda, “İstifadəçi” tərəfindən həmin elan silinməlidir. “İstifadəçi” həmin elanın silinməsindən imtina edirsə, “Administrasiya” tərəfindən birtərəfli qaydada, “İstifadəçi”yə xəbərdarlıq olmadan elan silinəcək.

4.12. Qüvvədə olan qanunvericiliyini pozan, hamılıqla qəbul edilmiş ictimai normalarına zidd olan, habelə üçüncü şəxslərin hüquqlarını pozan elanların “Servis”də yerləşdirilməsi qadağandır. “İstifadəçi” elanı yerləşdirərkən onun qüvvədə olan qanunvericiliyinin, hazırkı “İstifadəçi Razılaşması”nın və “Administrasiya” tərəfindən qəbul edilmiş digər qaydalarının şərtlərinə uyğun olduğuna əmin olmalıdır.

4.13. “İstifadəçi” tərəfindən elan yerləşdirilərkən “Mal” haqqında başqa informasiyanı saxlayan internet-saytların səhifələrinə istinadlar yerləşdirilə bilməz.

4.14. “İstifadəçi” aşağıda göstərilən xidmətləri dəstəkləməməyi və haqqında informasiyanı yaymamağı öhdəsinə götürür:

4.14.1. başqa ticarət meydançaları, internet-hərracları və/və ya internet mağazaları tərəfindən təkliflər;

4.14.2. “Servis”də həmin və ya daha az ödənişlə təqdim edilmiş “Mal”ları təklif edən başqa xidmətlər tərəfindən yerləşdirilmiş təkliflər;

4.14.3. “Servis”də satışı qadağan edilmiş “Mal”ları təklif edən başqa xidmətlər tərəfindən təkliflər.

4.15. “İstifadəçi” “Administrasiya”nın yazılı icazəsi olmadan ”Servis”ə giriş etmək üçün avtomatik proqramlardan istifadə etməməlidir. Elanların yerləşdirilməsinin adi sırasını keçərək onların yerləşdirilməsini icazə verən kompüter proqramlarından istifadə “İstifadəçi”yə “Administrasiya” tərəfindən verilmiş yazılı icazəsi ilə həyata keçirilə bilər.

4.16. “İstifadəçi” aşağıdakı məlumatların qeyd edilməsindən və/və ya hərəkətlərin icra edilməsindən çəkinməlidir:

4.16.1. yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma;

4.16.2. dələduzluğa, aldatmağa və ya etibardan sui-istifadəyə imkan yaratma;

4.16.3. oğurlanmış və ya saxta əşyalarla sazişlərin bağlanması;

4.16.4. üçüncü şəxsin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatına toxunulmazlıq hüququna qəsd etmə;

4.16.5. özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu təhqir edən məlumatları saxlama;

4.16.6. özündə hər hansı şəxsə qarşı böhtan və ya təhdid xarakterli məlumatları saxlama;

4.16.7. cinayətin törədilməsinə çağırma, həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;

4.16.8. terror və/ və ya ekstremizm fəaliyyəti ilə məşğul olmaq üçün çağırış etmək, imkan yaratmaq və dəstəkləmək;

4.16.9. hamılıqla qəbul edilmiş ictimai və etik normalarını pozan məlumatları yerləşdirmək;

4.16.10. özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, onun hissəsinin, şəxsi informasiyanın və ya başqa məlumatların (Servisin məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmiş;

4.16.11. özündə reklam xarakterli materialları saxlamaq;

4.16.12. üçüncü şəxslərin intellektual hüquqlarını, vətəndaşın təsvirinə hüququnu və üçüncü şəxslərin başqa hüquqlarını pozmaq;

4.16.13. qüvvədə olan qanunvericiliyi başqa üsulla pozmaq.

4.17. “Administrasiya” istənilən elanın Servisdən asılı və ya asılı olmaya səbəblərdən nümayiş müddətlərinin yerini dəyişdirə, dayandıra və ya uzada bilər. Bununla yanaşı “Administrasiya” istənilən vaxtda elanın nümayişini, hazırkı Razılaşmada qeyd edilmiş qaydalarını, digər şəxslərin hüquqlarını və ya qüvvədə olan qanunvericiliyi pozan elanlarının nümayişini ləğv edə bilər.

4.18. “Administrasiya” istənilən elanda düzəliş edə, başqa kateqoriyaya keçirə və digər hərəkətləri edə bilər.

4.19. “Administrasiya” birtərəfli qaydada, hər hansı əsaslı səbəblər gətirmədən elanların yerləşdirilməsindən imtina edə bilər.

4.20. Elanın rəsmiləşdirilməsinə dair tələblər “Servis” də elanların dərc edilməsi qaydalarında "Saytın qaydaları" bölməsində təyin edilmişdir.  

4.21. “İstifadəçi” qüvvədə olan qanunvericiliyinə əsasən elanların məzmununa görə tam məsuliyyəti daşıyır.    

  1. ÖDƏNİŞLİ ELANLARIN YERLƏŞDİRİLMƏSİ QAYDASI

5.1. Ödənişli elanların növləri:

5.1.1. Premium;

5.1.2. VİP;

5.1.3. Elanı irəli çəkmək.

5.2. “İstifadəçi” tərəfindən ödənişli elanların yerləşdirilməsi xidmətindən istifadə edilməsinə baxmayaraq, “Administrasiya” həmin elanların yerləşdirilməsi qaydalarının pozulması təqdirdə onları bloklaya bilər və belə elanların yerləşdirilməsinə görə ödənilmiş xidmət haqqı “İstifadəçi”yə qaytarılmır.

5.3. “Servis”in xidmətlərini ödəmiş “İstifadəçi” vəsaitlərin qaytarılması xahişi ilə Administrasiyaya müraciət etmək hüququna malikdir. Pul vasitələrinin qaytarılması və ya imtina haqqında qərar birtərəfli qaydada “Administrasiya” tərəfindən qəbul edilir.

5.4. “Administrasiya” pul vəsaitlərinin “İstifadəçi”yə aşağıdakı hallarda qaytarılmasından imtina edə bilər:

5.4.1. “İstifadəçi” hazırkı “İstifadəçi Razılaşması”nın şərtlərini müntəzəm pozduqda;

5.4.2. Elan aktivləşdirildikdə və ya moderasiyadan sonra silindikdə;

5.4.3. “İstifadəçi” qadağan edilmiş mallar və təkliflər haqqında elanı yerləşdirdikdə;

5.4.4. Ödəmə sistemində hər hansı nasazlıqların yaranması halında. “Servis” “İstifadəçi”lərin vasitəsilə “Servis” xidmətlərini ödəyən ödəmə sistemlərinin işinə görə məsuliyyət daşımır. Pul vəsaitlərinin bu halda qaytarılması haqqında məsələ fərdi qaydada həll edilir.

5.4.5. “Administrasiya”nın qərarı ilə digər hallarda.

5.5. Pul vəsaitlərin qaytarılma qaydası “Administrasiya” və “İstifadəçi” arasında hər ayrı hal üçün müəyyən edilir.

5.6. Geri qaytarılmalı olan pul vəsaitləri 30 gün ərzində “İstifadəçi” nin hesabına köçürülür.

  1. “MESAJLAR” FUNKSİYASI

6.1. Avtorizasiya olunmuş İstifadəçilər məhsulları, xidmətləri və razılaşmaların şərtlərini müzakirə etmək üçün “Mesajlar” funksiyasından yararlana bilər. Bu funksiyanın hər hansı digər məqsədlər üçün istifadəsi qadağandır.

6.2. İstifadəçilər arasında yazışmalar şəxsi xarakter daşımır. “Administrasiya” “İstifadəçi Razılaşması”nda öz əksini tapan hüquq və vəzifə tələblərinə əməl olunması üçün ayrı-ayrı yazışmaları nəzərdən keçirmək hüququna malikdir.

6.3. “Mesajlar” funksiyası vasitəsilə üçüncü şəxslər tərəfindən “İstifadəçi” yə “Administrasiya” nın hər hansı təsiri və nəzarəti olmadan mesajlar göndərilə bilər. “Administrasiya” digər “İstifadəçi” lərin və/və ya avtomatlaşdırılmış sistemlərin (robotların) mesajlarına, eləcə də “İstifadəçi” lərin Saytda yerləşdirdiyi telefon nömrələrindən istifadə etməsinə görə məsuliyyət daşımır.

  1. KOMMUNİKASİYA

7.1. “Administrasiya” “İstifadəçi” nin elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və/və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir. “Servis”in mesajları “Servis”də dərc edilə bilər.

7.2. Əlavə olaraq “İstifadəçi” razılaşır ki, belə məktublarla və mesajlarla, lakin, məhdudlaşdırılmadan başqa İstifadəçilərdən sazişin bağlanması üzrə təkliflər və başqa informasiya və/və ya reklam xarakterli mesajlar və digər mesajlar ola bilər. “İstifadəçi” razılaşır ki, belə mesajlar və/və ya onların ayrı hissələri reklam xarakterinə malik ola bilər, həmçinin özündə reklam, informasiya və başqa elanları saxlaya bilər.

7.3. “Servis”də dərc edilmiş mesajlar onların dərc edildiyi anından “İstifadəçi”yə çatdırılmış hesab edilir.

7.4. “Administrasiya” başqa “İstifadəçi”lər tərəfindən istifadəyə və/və ya Servisdə mesajların forma üzrə yerləşdirilmiş avtomatlaşdırılmış sistemlərlə (robotlarla) göndərilməsinə görə məsuliyyət daşımır.

7.5. “Administrasiya” başqa “İstifadəçi”lər və/və ya robotları tərəfindən “Servis”in səhifələrində “İstifadəçi” tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.

7.6. “İstifadəçi” təsdiqləyir ki, “Administrasiya” “İstifadəçi”lərə məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.

7.7. “İstifadəçi” nin “Administrasiya” və ya “Servis”in moderatorları ilə yazışması ünvanı “Servis” də göstərilən elektron poçt qutusunun köməyi ilə həyata keçirilir.

7.8. “İstifadəçi” yə “Servis” də moderatorların və “Administrasiya” nın hərəkətləri haqqında şərhlər, müzakirələr və başqa yazılar qoymaq qadağandır.

7.9. “İstifadəçi” müvafiq sorğunu göndərib öz telefon nömrəsinə və ya elektron ünvana mesajların alınmasından istənilən vaxt imtina edə bilər.

  1. PROQRAM TƏMİNATI

8.1. Saytın yerləşdirildiyi domen adı, saytın özü, mobil əlavələri, həmçinin “Servis” və “Servis”in proqram təminatı “Administrasiya” ya aiddir.

8.2. Proqram təminatının yükləməsi zamanı “Administrasiya” “İstifadəçi”yə proqram təminatından istifadə üçün, onun üçüncü şəxslərə verilməsi hüququ olmadan, şəxsi pulsuz adi lisenziyanı verir.

8.3. Servisin funksiyalarına əsasən belə lisenziya “İstifadəçi” yə “Servis”in xidmətlərindən istifadə imkanının verilməsi və onlardan gəlirin götürülməsi üçün nəzərdə tutulmuşdur.

8.4. “Administrasiya” nın (o cümlədən proqram təminatının) intellektual mülkiyyəti obyektlərinin surətini çıxarılması, dəyişdirilməsi, paylaşması, satılması (realizasiya edilməsi), mübadilə edilməsi və ya tamamilə və ya hər hansı hissəsinin icarəyə verilməsi, həmçinin də Administrasiyanın yazılı icazəsi olmadan proqram təminatının mənbə kodunun "sındırılması" və ya alınmasına cəhd edilməsi qadağan edilir.

  1. MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI

9.1. “Servis”də “İstifadəçi” tərəfindən göstərilmiş Bütün informasiya (o cümlədən şəxsi məlumatlar), “İstifadəçi” tərəfindən onun Malının satılması (realizasiyası) üçün yerləşdirilir.

9.2. “İstifadəçi” özü haqqında bu və ya digər informasiyanı ancaq öz maraqlarında, o cümlədən “İstifadəçi” ilə əlaqənin qurulmasının sadələşdirilməsi və/və ya “İstifadəçi” nin eyniləşdirməsi üçün yerləşdirir.

9.3. “İstifadəçi” özü haqqında informasiyanı yerləşdirərək, razılaşır ki, belə informasiya “Servis” də açıq girişdə yerləşdirilir, yəni tanış olma üçün bütün “İstifadəçi” lər üçün açıqdır.

9.4. “İstifadəçi” informasiyanın yerləşdirilməsi ilə bağlı bütün riskləri o cümlədən, daxil etməklə, amma məhdudlaşdırılmadan: spam - mesajların göndərilməsi üçün siyahılara elektron poçt ünvanının düşməsi riski, elektron poçt ünvanının oğurlanması və ya digər aldadılma halları ilə bağlı riski, telefon nömrəsinin SMS-spamerlərə və/və ya SMS-dələduzlara düşməsi riski və informasiyanın belə yerləşdirməsindən irəli gələn başqa riskləri qəbul edir.

9.5. “Servis” “Mal” barəsində sazişlərin təşkilatçısı, vasitəçisi, alıcısı və ya satıcısı deyildir.

9.6. “Servis” “İstifadəçi” ləri tərəfindən sazişlərin bağlanmasına və icrasına (həyata keçirilməsinə), sazişlərin bağlanması nəticəsində vurulmuş ziyana, itmiş xeyirlərə, gəlirlərə, maliyyə zərərlərinə və ya vasitəli, faktiki, kənar və ya cərimə zərərlərinə, həmçinin hər hansı şəxsin qanunsuz əməlləri nəticəsində dəyən zərərə görə məsuliyyət daşımır.

9.7. “Servis”in xidmətlərindən istifadə edərək, “İstifadəçi” “Servis” də yerləşdirilmiş elanların istifadəsi ilə bağlı bütün məsuliyyəti üzərinə götürür.

9.8. “Servis” “İstifadəçi” lərə realizasiyası (satışı) və/və ya əldə edilməsi qanunla, hazırkı “İstifadəçi Razılaşması” ilə və “Servis” dən istifadənin başqa qaydaları ilə icazə verilmiş “Mal” lar barəsində elanları yerləşdirmək imkanı verən alətdir.

9.9. “Servis” “İstifadəçi” lər tərəfindən yerləşdirilmiş elanları davamlı olaraq yoxlamır, nəticədə, keyfiyyət, təhlükəsizlik, qanunilik və “Mal” ın onun təsvirinə uyğunluğu, həmçinin də satıcının “Mal” ı satmaq və alıcısının əldə etmək imkanı “Servis”in nəzarətindən kənardadır.

9.10. “Servis” “İstifadəçi”lər tərəfindən elanlarda yerləşdirilən informasiyanın etibarlılığına nəzarət edə bilmir.

9.11. “Servis”, onun “Administrasiya”sı, rəhbərlik və əməkdaşlar, “Servis”də yerləşdirilmiş elanların məzmununa, həmçinin onların etibarlılığına görə heç bir məsuliyyət daşımırlar.

9.12. “Administrasiya”, onun rəhbərliyi və əməkdaşlar, istənilən xəbərlərin (o cümlədən, “İstifadəçi” lər tərəfindən poçt qutusuna və/və ya mobil telefona alınan), məzmununa görə, həmçinin də “İstifadəçi” lərin əlaqə məlumatlarının başqa formada istifadəsinə görə, heç bir məsuliyyət daşımırlar.

9.13. “İstifadəçi” razılaşır ki, “Servis”də elanın yerləşdirilməsi faktı “Mal”ın təklifi, satılması və/və ya əldə edilməsi üçün həqiqiqliyi və qanuniliyi barədə ona zəmanət vermir. “Saziş” in həyata keçirilməsi haqqında qərarı “İstifadəçi” sərbəst olaraq qəbul edir.

9.14. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada, “Servis”in istənilən iddialar üzrə ümumi məsuliyyəti “İstifadəçi” tərəfindən “Servis”in xidmətlərindən istifadəsinə görə və ya (“Servis”in mülahizəsinə görə) bu xidmətlərin “İstifadəçi” yə təkrar verilməsi ilə ödənmiş məbləğ ilə məhdudlaşdırılır.

9.15. “İstifadəçi” razılaşır ki, “İstifadəçi” nin və başqa “İstifadəçi” lərin və/və ya “Servis”in müştəriləri arasındakı bütün mübahisələr (o cümlədən sazişlərin həyata keçirilməsi nəticəsində) “İstifadəçi” “Administrasiya” nı cəlb etmədən sərbəst həll edir.

9.16. “Administrasiya” üçüncü şəxslərin onun razılığı (icazəsi) və/və ya məlumatı olmadan “Servis” də həyata keçirdiyi hərəkətlərə görə məsuliyyət daşımır.

9.17. “İstifadəçi” razılaşır ki, “Administrasiya” “İstifadəçi” qarşısında “Servis”in məzmunu ilə bağlı və/və ya “İstifadəçi” tərəfindən həyata keçirilmiş sazişlər nəticəsində istənilən mümkün və ya yaranmış itkilərlə və ya zərərlərlə əlaqədar, müəllif hüquqlarının qeydiyyatı ilə və belə qeydiyyat haqqında məlumatlarla, “Servis”də mallarla və ya xidmətlərlə və ya “İstifadəçi”nin “Servis”də yerləşdirilmiş informasiyadan istifadə edərək daxil olduğu başqa əlaqələri ilə bağlı məsuliyyət daşımır və birbaşa və ya dolayı öhdəliklərə malik deyildir.

9.18. “Administrasiya” “Servis” ə ötürülə bilən və ya “Servis” vasitəsilə üçüncü şəxslər tərəfindən çatdırıla bilən istənilən proqram nasazlıqları və başqa texniki problemlərə görə, həmçinin səhvlərə, proqram viruslarına, və s. görə məsuliyyət daşımır.

9.19. “İstifadəçi” yalnız qüvvədə olan qanunvericiliyə və hazırkı “İstifadəçi Razılaşması”na uyğun olaraq hərəkət etməyi, həmçinin qanunvericiliyə uyğun olaraq “Servis” də və “Servis”in xidmətlərindən istifadə vaxtı şəxsi hərəkətlərinə və fəaliyyətsizliyinə görə tam məsuliyyət daşımağı öhdəsinə götürür.

9.20. “İstifadəçi” nin başqa “İstifadəçi” tərəfindən hüquqlarının pozulduğu halda (intellektual mülkiyyət obyektinin qanunsuz istifadəsi və sair), hüquqları pozulmuş “İstifadəçi” müvafiq şikayət ilə “Administrasiya” ya və ya moderatorlara müraciət edə bilər. “Administrasiya” şikayətə baxmağı və onun əsaslı olduğu halda, “İstifadəçi” nin hüquqlarının pozulmasının dayandırılması ilə bağlı tədbirlər görməyi öhdəsinə götürür.

9.21. Mallar və xidmətlər barəsində bütün sazişlər “İstifadəçi”lər arasında birbaşa bağlanılır. “Servis” “Servis”in vasitəsi ilə “İstifadəçi”lər tərəfindən həyata keçirilən sazişlərin iştirakçı və/və ya vasitəçisi deyildir. “Administrasiya” belə sazişlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır.

9.22. “İstifadəçi” o haqda xəbərdarlıq edilmişdir ki, “Administrasiya” onun tərəfindən xarici resurslara girişə və istifadəyə görə məsuliyyət daşımır, hansılara ki, dair istinadlar “Servis”də ola bilər. “Administrasiya” elanların məzmununa, başqa resurslara istinadlar və elanların təsvirində göstərilmiş başqa informasiyaya görə məsuliyyət daşımır.

9.23. “İstifadəçi” tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə “Servis” məsuliyyət daşımır.

9.24. “İstifadəçi” razılaşır ki, “Servis”in bütün materialları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər. “İstifadəçi” razılaşır ki, Administrasiya bununla bağlı hər hansı məsuliyyət daşımır və belə reklamla əlaqədar hər hansı öhdəlikləri yoxdur.

9.25. “Administrasiya” “İstifadəçi” tərəfindən verilən məlumatların həqiqiliyinə və “Servis”də qeydiyyat zamanı onunla bağlı verilmiş informasiyanın doğruluğuna görə zəmanət vermir.

9.26. “İstifadəçi”yə bunun üçün “Servis”də mümkün olan bütün alətlərdən istifadə edərək mümkün kontragentlərlə ünsiyyət saxlamaq tövsiyə edilir.

  1. İSTİFADƏ QAYDALARININ MÜDDƏTİ

10.1. Hazırkı “İstifadəçi Razılaşması” “İstifadəçi” tərəfindən “Servis”in xidmətlərindən istifadə etdiyi andan qüvvəyə minir və “Servis”də “İstifadəçi”nin qeydiyyatı və ya elanın yerləşdirilməsi faktından asılı olmayaraq, müddətsiz qüvvədədir.

10.2. “İstifadəçi” istənilən vaxt Servisin xidmətlərindən istifadəsini dayandırmaq hüququna malikdir. Bundan sonra “İstifadəçi” yeni elanları yerləşdirə bilməz.

10.3. “Servis” birtərəfli qaydada “İstifadəçi”nin girişini dayandırmaq hüququna malikdir. Xidmətlərə girişi dayandırılan və ya məlumatları həqiqi olmayan “İstifadəçi” “Administrasiya”nın xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüquqlarına malik deyil, həmçinin belə “İstifadəçi” “Servis”ə giriş üçün başqa “İstifadəçi”nin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.

  1. DİGƏR ŞƏRTLƏR

11.1. Mübahisələrin yarandığı halda hazırkı “Razılaşma”nın tərəfləri danışıqlar yolu ilə onları həll etməyi öhdəsinə götürürlər. Hazırkı “Razılaşma”nın və “Servis” xidmətlərinin verilməsinin icrası zamanı yaranan mübahisələr qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilməlidir.

11.2. “Servis” birtərəfli qaydada və “İstifadəçi”lərə bildirmədən hazırkı “Razılaşma”nı dəyişdirmək hüququna malikdir. “Razılaşma”nın yeni redaksiyası “Servis”də dərc edilməsi tarixindən qüvvəyə minir.

11.3. Razılaşmada heç nə İstifadəçi və Administrasiya arasında agent münasibətlərinin, Yoldaşlığın münasibətlərinin, birgə fəaliyyət üzrə münasibətlər, şəxsi işəgötürmənin münasibətlərinin, və ya Razılaşma ilə birbaşa nəzərdə tutulmamış hər hansı bir başqa münasibətlərin müəyyən edilməsi kimi anlaşıla və izah edilə bilməz.

11.4. Məhkəmə tərəfindən “Razılaşma”nın hər hansı müddəasının etibarsızlığının müəyyən olunması  “Razılaşma”nın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.

11.5. “Razılaşma”nın müddəalarının “İstifadəçi”lərindən hər hansı biri tərəfindən pozulması halında “Administrasiya” tərəfindən fəaliyyətsizlik daha sonra “Administrasiya”nı öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri təşəbbüs etmək hüququndan məhrum etmir.

11.6. Hazırkı “Razılaşma” ilə nəzərdə tutulmamış bütün başqa şərtlər və şəraitlər, ayrı fərdi qaydada tənzimlənir.

İstifadəçi təsdiqləyir ki, hazırkı Razılaşmanın bütün bəndləri ilə tanış edilmişdir və onları tam həcmdə qəbul edir.