General rules

General rules

Telsat.az saytında elanların yerləşdirilməsi  İstifadəçi razılaşması ilə tənzimlənir.
Qaydaların pozulması və ya istifadəçilərin elan üzrə çoxsaylı şikayətləri həmin elanların və eyni zamanda elan sahiblərinin şəxsi hesablarının bloklanması ilə nəticələnə bilər.

Nəzərdə saxlayın ki, bütün elanlar onlara əlavə xidmətlərin (Premium, VIP və digər) tətbiq edilib-edilməməsindən asılı olmayaraq qaydalara uyğun olmalıdır. Qaydaların pozulması halında hətta ödənişi həyata keçirilmiş elanlar da blok oluna və ya silinə bilər.

Ticarət platformasının bütün istifadəçiləri üçün bərabər şəraitin təmin edilməsi məqsədilə hər kəs elan yerləşdirməzdən əvvəl Telsat.az-ın qaydaları ilə tanış olmalıdır.

Elan yerləşdirmə qaydaları və tərkib hissələri

Elanın yerləşdirilməsi
İstifadəçinin saytda eyni anda yer alan elanlarının sayı Administrasiya tərəfindən təyin olunmuş limiti aşmamalıdır. Yerləşdirilmiş elanlar təkrarlanmamalı və saytın qaydalarına zidd olmamalıdır. Elanın aktivlik müddəti 30 gündür. Bu müddət başa çatdıqda elanın dərc olunması avtomatik olaraq dayandırılır və o, "Müddəti başa çatmış" bölməsinə düşür. Bu halda İstifadəçi ya bu elanı bərpa edə, ya da yenisini yerləşdirə bilər.

Saytda olan elanda məhsul və ya xidmət haqqında məlumat və şəkilləri başqa məhsul və ya xidmətə aid olan məlumat və ya şəkillərə dəyişmək qadağandır.

Elan yerləşdirərkən əmin olmalısınız ki, elan saytın qaydalarına tam olaraq uyğundur. Elan dərc edildikdən sonra belə administrasiya tərəfindən təkrar yoxlama zamanı qayda pozuntusu aşkar edilərsə, həmin elanlara düzəliş etmək və saytdan silmək hüququnu administrasiya özündə saxlayır.

Saytda eyni zamanda iki və daha çox təkrar elan aşkar olunarsa, təkrar olan elanlar silinir.

Hər hansı bir ödənişli xidmət elanı xidmətin tətbiq olunma müddətinə bərpa edir və elanın müddətini uzadır.

Şəxsi əlaqə məlumatları
Şəxsi əlaqə vasitələri düzgün qeyd olunmalıdır: ad, elektron poçt ünvanı, telefon nömrəsi.

Elan yerləşdirərkən işlək olan elektron poçt ünvanından istifadə etməlisiniz. İşlək olmayan e-poçt ünvanından istifadə etdikdə hesabınızı təsdiq edə bilməyəcəksiniz, elanın “Düzəliş et” və “Elanı sil” funksiyalarından istifadə etmək üçün göndərilən PIN-kodu əldə etməyəcəksiniz və adı çəkilən əməliyyatları həyata keçirə bilməyəcəksiniz. Bir istifadəçinin (hüquqi və ya fiziki şəxs kimi) yalnız bir istifadəçi hesabı ola bilər. Texniki analiz əsasında bir istifadəçiyə məxsus bir neçə hesab aşkarlandıqda sistem tərəfindən təkrar kimi nəzərə alınacaq və avtomatik ləğv ediləcək və ya bloklanacaq.
İstifadəçilərə istifadəçi hesablarını (istifadəçi hesabına daxil olmaq üçün lazım olan məlumatları) icarəyə vermək/götürmək və ya özgəninkiləşdirmək qadağandır.
Elanda hər hansı dəyişiklik etmək üçün elan dərc olunan zaman sizin elektron poçt ünvanınıza göndərilən PIN-kodu daxil edin. Əgər elektron poçt ünvanınızı səhv qeyd etmisinizsə, PIN-kod telefon nomrənizə göndərilə bilər (bu xidmət ödənişlidir – 1 AZN).

Mütləq şəkildə işlək və özünüzə məxsus telefon nömrəsi göstərin – bu sizin sürətli və uğurlu əməliyyat aparma şansınızı yüksəldəcək.
Telefon nömrəsi müvafiq sətirdə qeyd olunmalıdır. Telefon nömrəsinin elanın başlığında və ya məzmuna qeyd olunması qadağandır.
Nəzərdə saxlayın ki, digər şəxsə narahatlıq yaratmamaq məqsədi ilə başqa bir şəxsin nömrəsini qeyd etmək qadağandır və bu sizin istifadəçi hesabınızın bərpa hüququ olmadan blok olunmasına səbəb olacaq.
Elanda telefon nömrəsi səhv qeyd olunubsa, elan saytdan silinəcək.
İstifadəçi yerləşdirdiyi elanın dəqiqliyinə, tamlığına, onun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna, elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə məsuliyyət daşıyır.

Elanda düzəlişlərin edilməsi
Elanda düzəliş etmək üçün hesabınıza daxil olmalı, “DÜZƏLİŞ ET” düyməsini seçmək kifayətdir. Dərc olunmamış elanlarda düzəliş etmək mümkün deyil.

Elanda düzəliş etməklə onu irəli çəkmiş olmursunuz. Bu funksiya yalnız elandakı şəkil, məzmun və qiymət dəyişiklərini həyata keçirir.

Elanlar üçün nəzərdə tutulmuş qaydalar “DÜZƏLİŞ ET” funksiyasına da aiddir.

Düzəliş edilmiş elan qaydalara uyğun deyilsə, silinir.

Təkrar elanlar
Tamamilə eyni məzmunlu və ya məna baxımından oxşar elanlar;
Nümunə: Sizin “Apple iPhone 5S Black, 32 GB” başlıqlı elanınız saytda dərc olunmuşdur. Əgər bu elanın dərc olunduğu andan etibarən 30 gün ərzində saytda eyni rəngli və eyni yaddaşlı Apple iPhone 5S modelinin elanı yerləşdirilsə, yeni elan dərc olunmayacaq.

Müddəti başa çatmadan silinib yeni elan kimi yerləşdirilmiş elanlar;

Aktiv olan elanla tamamilə eyni məzmunlu və ya məna baxımından oxşar olan bərpa olunmuş elanlar;

Ümumi aktiv elan olduğu halda həmin elanın tərkib hissəsinə daxil olan məhsul və ya xidmətlərdən ibarət ayrı-ayrı yerləşdirilmiş elanlar və əksinə.

Təkrar elanların yerləşdirilməsi məhsulun satışını tezləşdirmir, əksinə, satıcılar üçün satış çətinləşir, alıcılar isə təkrarlanan elanlar arasından uyğun təklifi tapmaq üçün çox vaxt sərf etməli olur.
Əgər siz məhsulu satmısınızsa, yaxud təklifiniz artıq qüvvədə deyilsə, satışdan və ya təklif qüvvəsini itirdikdən dərhal sonra elanınızı elanlar siyahısından çıxarın (ləğv edin).
Əgər sizin artıq dərc olunmuş və ya yoxlanış mərhələsində olan elanınız varsa, bu elanın təkrarlanmasına yol verməməlisiniz!

İki və daha çox istifadəçi hesabı olan istifadəçilər
Bir fiziki və ya hüquqi şəxs üzrə yalnız bir istifadəçi hesabının yaradılmasına və istifadəsinə icazə verilir. Siz “Mənim elanlarım” şəxsi istifadəçi hesabınıza Facebook hesabınız və ya telefon nömrəniz vasitəsilə daxil ola bilərsiniz;

Texniki analizlər bir istifadəçiyə aid olan istifadəçi hesablarını aşkar etdikdə bu hesablar sistem tərəfindən təkrar kimi qəbul edilərək avtomatik şəkildə dayandırılır və ya blok edilir;

İstifadəçilərə istifadəçi hesablarını (istifadəçi hesabına daxil olmaq üçün lazım olan məlumatları) icarəyə vermək/götürmək və ya özgəninkiləşdirmək qadağandır.

Əgər siz aktiv istifadəçi hesabınızdakı əlaqə məlumatlarını dəyişmək istəyirsinizsə, yeni istifadəçi hesabına ehtiyac yoxdur. Bunun üçün [email protected] elektron poçt ünvanına texniki dəstək üçün müraciət etməyiniz kifayətdir. Müraciətiniz saytın qaydalarına uyğun olduğu təqdirdə dəyişiklilər təmin ediləcəkdir.
Sayt rəhbərliyi dəyişikliklər etmək hüququnu özündə saxlayır.

Yanlış kateqoriyada yerləşdirilən elanlar
Elanın məhsulun tipinə, təyinatına, özəlliyinə, məqsədinə, elanın başlığındakı adına uyğun olmayan kateqoriyada yerləşdirilməsi və/və ya məzmununda saytın istifadəçilərində anlaşılmazlıq yarada biləcək digər məlumatların yerləşdirilməsi qadağandır.

Elanla bağlı düzgün məlumatlar yerləşdirin. Elandakı bütün məlumatlar həqiqəti əks etdirməlidir.
Elanınızın məzmununa maksimum ən uyğun kateqoriya, tip, görünüşü seçin – bu onun həm potensial müştərilər, həm də axtarış sistemləri tərəfindən tapılması şansını yüksəldir.

Elanın yanlış kateqoriyada və ya bölmədə yerləşdirilməsi onun silinməsinə və ya daha uyğun kateqoriya və ya bölməyə köçürülməsinə səbəb ola bilər.

Başlıq
Elanın başlığı qısa, təqdim olunan məhsul və xidmətlərə uyğun və münasib olmalıdır. Başlıq – potensial müştərinin diqqətinə çatdırılan ilk şeydir. Çalışın ki, onu dəqiq və qısa edəsiniz (maksimum simvol sayı: 100).
Başlıqda yol verilmir:

Bütünlüklə və ya ayrı-ayrı sözlərdə baş hərflər (abreviaturalar (ixtisarlar) istisna olmaqla);

Düzgündür: Samsung Galaxy J2 Prime
Qadağandır: SAMSUNG Galaxy J2 Prime
Əlaqə məlumatları (telefon nömrəsi, elektron poçt ünvanı, sayt ünvanı);

Qeyri-hərf simvollar (*^@<>), həmçinin, çoxlu sayda nida (!!!!!) və ya sual (????) işarələri;

Təkrarlanan açar söz və ifadələrin (teqlər) yığımı. Axtarış sistemləri onları spam kimi qəbul edə və indeksləşdirməyə bilər və bu da reklamınızın axtarış nəticələrində çıxmamasına səbəb olar;

Məbləğ; Mübadilə; Pulsuz
Elanda Məbləğ parametrini təyin etmək bu parametrin nəzərdə tutulduğu kateqoriyalarda məcburidir. Əgər siz məhsulu razılaşdırılmış məbləğə satmaq istəyirsinizsə, istədiyiniz məbləği daxil edin, ancaq “Təsvir” hissəsində açıqlama verin. Elanda məhsulun real bazar qiymətinə uyğun olan qiymət qeyd olunmalıdır.
Nümünə: Siz real bazar qiyməti 1800-2000 AZN olan, heç biri texniki, fiziki nasazlığı olmayan yeni bir məhsulun qiymətini real hesab olunmayan 200 AZN olaraq qeyd etsəniz, bu elan saytda dərc olunmayacaq.

Nəzərdə saxlayın ki, məbləğin şərti olaraq göstərilməsi (məsələn, 1 AZN, 11 AZN və s.) qadağandır və sizin elanınızın silinməsi üçün əsas ola bilər. Məbləğ yalnız manatla göstərilməlidir.

Nəzərə alın ki, əgər siz məhsulu pulsuz vermək istəyirsinizsə, “Məbləğ” bölməsini boş saxlamalısınız. Əks halda bu, sizin elanınızın silinməsinə səbəb ola bilər.

Əgər siz məhsulu mübadilə (barter) etməyə hazırsınızsa, bunu “Təsvir” hissəsində mübadilə şərtlərini əlavə etməklə göstərin (dəyişdirmək niyyətində olduğunuz məhsul və ya xidmət).

Yalnız mübadilə ilə bağlı olan elanlar saytda yerləşdirilmir.
Alış barədə elanlar saytda yerləşdirilmir (Əgər siz hansısa məhsul və ya xidmətlə maraqlanırsınızsa, təklif edirik ki, saytımızın axtarış xidmətindən yararlanasınız. Saytın əsas səhifəsindəki Axtarış bölməsindən lazımi açar sözləri daxil etməklə, yaxud filter və/və ya açar sözləri istədiyiniz kateqoriya üzrə seçməklə istifadə edə bilərsiniz).

Elanın təsviri (xarakteristikası)
Potensial müştərilər daim açar sözlər vasitəsilə konkret məhsulu axtarırlar. Bu səbəbdən bir yerləşdirmədə ona aid qiymət və şəkillə birlikdə yalnız bir məhsulun (predmetin, obyektin) göstərilməsi çox vacibdir.

Təsvir hissəsində müxtəlif kateqoriyalara və bölmələrə aid olan bir neçə məhsulun qeyd olunmasına yol verilmir. Məsələn, bir elanda eyni anda telefon və televizor, geyim və mebel, kompüter və fotoaparat, velosiped və it və s. yerləşdirilməməlidir.

Təsvir tam şəkildə başlığa və təklif olunan məhsula/xidmətə uyğun olmalıdır. Bir elanda yalnız bir məhsulun, predmetin və ya xidmətin təsvirinə icazə verilir. Mətnin ilk 2-3 sətri elanınızın ən cəlbedici hissəsi olmalıdır, çünki ilk gözə çarpan başlıq və elanın mətninin ilk cümləsidir. Qrammatik cəhətdən düzgün və diqqətlə yazın, yazı səhvlərinə yol verməyin, fikirlərinizi dəqiq ifadə edin.

Məhsulun bütün detalları, xüsusiyyətləri və xarakteristikaları təsvirdə göstərilməlidir. Təsvir əvəzinə məhsul haqqında müştərinin daha ətraflı tanış olması üçün yalnız keçid linki yerləşdirməyin. Heç də bütün istifadəçilərin məhsul haqqında daha ətraflı oxumaq üçün tanınmayan bir keçid linkinə daxil olmağa vaxtı və marağı olmur. Keçid linkinin yerləşdirilməsinə yalnız məhsulun və ya xidmətin təsviri barədə daha ətraflı məlumat vermək üçün yol verilir. Həmçinin, rəqib servislərə keçid linkləri də qadağandır.

Dəqiq olmayan və ya yanlış məlumatın göstərilməsi, həmçinin, məhsulların qüsurlarının gizlədilməsi elanın silinməsinə səbəb ola bilər.

Məzmun və məna baxımından təkrar olan elanların yerləşdirilməsi qadağandır. Transliterasiyaya – rus dilindəki sözlərin latın hərfləri ilə yazılmasına yol verilmir.

Nəzərdə saxlayın:Təsvirdə telefon nömrəsinin, elektron poçt ünvanının, Skype, Instagram, Facebook və digər sosial şəbəkələrdəki hesabların linklərinin göstərilməsi qadağandır. Telefon nömrəsi və elektron poçt ünvanı üçün xüsusi sətir mövcuddur.

Şəkil
Elanınıza mütləq şəkil əlavə edin (hər başlıq üzrə 40-a qədər şəklə icazə verilir). Nəzərə çarpmayan şəkillərin yer aldığı analoji elanlardan fərqli olaraq məhsulun keyfiyyətli, dəqiq və real şəklini görən müştəri sizin təklifinizlə daha çox maraqlanacaq.

Şəkillər keyfiyyətli olmalıdır.

Şəkillərdə Telsat.az loqotipi və ya hər hansı başqa bir loqotip olmamalıdır.

Şəkillərdə reklam xarakterli məlumat olmamalıdır. Eləcə də, hər hansı əlaqə vasitəsinin (mobil nömrə, sayta keçid linki, Skype, ICQ, sosial şəbəkə ID-ləri, digər messencerlərin və oxşar şəbəkələrin ID-ləri, həmçinin, rəqib servislərin loqotiplərinin) göstərilməsi qadağandır.

Məhsulu/xidməti təsvir edən şəkil başlığa və elanın mətninə uyğun olmalıdır. Şəkildə yalnız təklif olunan obyekt nümayiş etdirilməlidir.

Təsvir edilən obyektin aydın seçilmədiyi, keyfiyyətsiz şəklin əlavə edilməsinə yol verilmir. Həmçinin, erotik və pornoqrafik tərkibli şəkillərin yerləşdirilməsi qadağandır.

Stokdan götürülmüş bütün hazır fotolar, arxa fonunda mağaza vitrinləri görünən, internetdən götürülmüş və ya kataloqlardan skan edilmiş, bir sözlə, satılan real məhsulla heç bir əlaqəsi olmayan fotoşəkillər ciddi şəkildə araşdırılacaq və dərc olunmaya bilər. Bir sıra kateqoriya və bölmələr üçün real şəkillərin olması mütləqdir:

Xahiş olunur, elanın moderasiyadan uğurlu şəkildə keçməsi üçün şəxsən çəkdiyiniz şəkliləri yerləşdirin. Yuxarıda qeyd olunan qaydaya cavab verməyən şəkillərin hamısı silinəcəkdir.

Qara siyahı
Operatora və ya moderatora qarşı hörmətsizlik etdikdə istifadəçinin əlaqə vasitələri blok olunacaq və o, Telsat.az saytında elan yerləşdirə bilməyəcək.

Saytın qaydalarını ilk dəfə pozduğu halda istifadəçiyə xəbərdarlıq edilir, bu hal təkrarlandıqda isə o, qara siyahıya düşür.

Əlaqə vasitələrinin qara siyahıdan çıxarılması mümkün deyil.

Üçüncü şəxslərin əlaqə vasitələri qeyd edildikdə və həmin səxslər şikayət etdikdə bu əlaqə vasitələri qara siyahıya düşür.

Mağazalar və Şirkətlər
Yuxarıda qeyd olunan qaydaların hər biri “Mağazalar və Şirkətlər” bölməsi üçün də keçərlidir.

Mağazaların və şirkətlərin adından elan yerləşdirmək üçün ödənişli paketlərdən biri əldə olunmalıdır.
Paket 30 gün müddətində aktivdir.

Mağazaların və şirkətlərin adından elan yerləşdirən istifadəçilər öz səhifələrində yalnız qeydiyyatdan keçdikləri fəaliyyət sahəsinə uyğun elanlar yerləşdirə bilərlər.

Mağazaların və şirkətlərin adından elan yerləşdirən istifadəçilərə digər ödəniş vasitələri ilə yanaşı öz balanslarından da ödəniş etmək imkanı yaradılır.

Xəbərdarlığa baxmayaraq qaydalar yenidən pozularsa, elanlar ödənişli olsa belə saytdan silinəcək. Bu halda ödənilən pul geri qaytarılmır.

Telsat.az saytının administrasiyası saytın qaydalarının bilərəkdən pozulması halları zamanı müqaviləni ləğv etmək hüququnu özündə saxlayır. Bu halda ödənilən pul geri qaytarılmır.

Mağazaların və şirkətlərin adından elan yerləşdirən istifadəçilər fəaliyyat sahələrinə aid olan elanları yalnız öz səhifələrində yerləşdirə bilərlər. Bu məqsədlə yeni istifadəçi hesablarının yaradılması və ya bu tip elanların anonim formada yerləşdirilməsi yolverilməzdir.

Texniki dəstək xidməti
Texniki dəstək xidmətinin telefonları bazar ertəsindən cümə gününədək, saat 09:00-dan 19:00-a qədər, şənbə günü isə saat 09:00-dan 13:00-a qədər işləyir.

Həmçinin texniki dəstək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Texniki dəstək xidmətinə müraciət etdikdə mütləq elan nömrəsi qeyd olunmalıdır. Elanın nömrəsi elan yerləşdirilən zaman elektron poçt ünvanınıza göndərilir.

Qadağan olunmuş məhsul və xidmətlər
Qadağan olunmuş məhsullar və xidmətlərin yer aldığı elanların yerləşdirilməsinə yol verilmir. Eyni zamanda, elanda (başlıq, mətn, video) və ya istifadəçi adında erotik, pornoqrafik, ədəbsiz, ekstremist və ya Telsat.az saytının tələblərinə cavab verməyən digər məzmun və anlayışların istifadəsi yolverilməzdir.

Elanı yalnız konkret məhsul və xidmətlər barəsində verin – ümumi reklam xarakterli və ya konkret təklif irəli sürməyən elanlar yolverilməzdir. Həmçinin, məhsulların hərrac yolu ilə satılması və hərracların reklam edilməsi qadağandır.

Reklam xarakterli məlumatların, həmçinin aşağıdakı tip tanıtım reklamlarının yer aldığı elanlar qadağandır:
- internet resursları (portallar, forumlar, tanışlıq saytları və s.);
- biznes (mağazalar, şirkətlər) və məhsul çeşidlərinin, xidmətlərin və qiymətlərin sadalanması.
Məsələn: Mağazamız bütün həftə saat 10-dan 22-dək işləyir.

Şübhəli gəlir əldə etmə üsulları, o cümlədən, internet üzərindən olan üsullar barədə elanların yerləşdirilməsi yolverilməzdir.
Məsələn: Elektron pul kisəsinə 10 AZN yükləyin və daha çox qazanın.

İcazəsiz və istifadə hüququ olmadan tanınmış brendlərin loqolarının və ticarət nişanlarının elanda və ya istifadəçi adında istifadə edilməsi qadağandır.

Yuxarıda qeyd olunan Qaydalardan hər hansı birinin pozulması elanın silinməsi üçün əsas ola bilər. (müvəqqəti olaraq – redaktə etmək imkanı olmaqla, həmçinin qəti olaraq – bərpa etmək hüququ olmadan).

Yuxarıda qeyd olunan Qaydalardan hər hansı birinin pozulması, həmçinin digər istifadəçilərin çoxsaylı müraciəti istifadəçi hesabının bloklanması ilə nəticələnə bilər.

Qaydalar, ödənişli xidmətlərin göstərilib-göstərilməməsindən (VIP, Premium və s.) asılı olmayaraq, BÜTÜN elanlara şamil olunur. Qayda pozuntularına yol verilibsə, haqqı ödənilmiş elanlar da ləğv edilə bilər.

Əgər xidmət artıq göstərilibsə, ödənişli xidmətlərə görə edilən ödəniş geri ÖDƏNİLMİR. Həmçinin, xidmətin göstərilməsinin başlama vaxtı daha sonraya/əvvələ dəyişdirilmir, xidmət başqa elana keçirilə bilməz.

Hər bir dərc olunmamış elana görə istifadəçinin elanı yerləşdirərkən göstərdiyi elektron poçt ünvanına elanın silinməsinin səbəbini izah edən avtomatik servis bildirişi göndərilir.

Telsat.az saytının Rəhbərliyi Qaydaların istənilən vaxt birtərəfli qaydada, öncədən xəbərdarlıq etmədən dəyişdirilməsi və/və ya yenilənməsi hüququnu özündə saxlayır.