Smart cihazlar

SON ELANLAR

58 elan tapıldı

Smart Cihazlar

Smart Saatlar

Texnologiyanın inkişafı səbəbilə günlük istifadə etdiyimiz aksesuar və cihazlar təkmilləşməyə başladı. Bunlardan biri də saatlardır. Smart Saatlar ənənəvi saatlardan fərqli olaraq bir çox xüsusiyyətlərə malikdir. Ənənəvi qol saatları sadəcə zamanı göstərərkən Smart Saatlar ilə zəng etmək, musiqi dinləmək, smartfondakı mesajlara baxmaq, qan təzyiqini ölçmək, hətta ürən döyüntülərini belə ölçmək mümkündür. Dünyada olduğu kimi Azərbaycanda da smart saatlar bir xeyli rəğbət görür. Bu ağıllı saatlar insanların gündəlik gördükləri işləri asanlaşdırır, ənənəvi saatlar kimi vaxtı göstərir və bir çox şeyi edə bilir. Bu saatların da smartfonlarda olduğu kimi qiymətə əsasən seqmentləri mövcuddur. 1000 manatlıq ağıllı saatlar olduğu kimi ucuz ağıllı saatlar da bu bazarda istifadəçilərə təqdim edilir. Əvvəllər sadəcə vaxta baxmaq üçün istifadə edilən saatlar indi isə istifadəçilərin aksesuarına çevrilib. Bir çox insan dəbli geyinərkən smart saatları aksesuar olaraq istifadə edir. Bu da istehsalçılar üçün bu bazarın nə qədər maraqlı olduğunu göstərir. Smart Saatlar üçün TelSat.Az sizə müxtəlif imkanlar verir. Saytımızda keçid edərək mövcud mağaza və elanlara nəzər yetirərək öz istəyinizə uyğun smart saatı tapa bilərsiniz.

Agilli Saat Qiymeti

Ağıllı saatlar marka, model, funksiyaları səbəbilə dəyişən qiymətlərə malikdir. Smart saat qiymeti həm bazarın özü tərəfindən, həm alıcılar tərəfindən təyin olunur. Daha keyfiyyətli materiallardan hazırlanan ağıllı saatlar daha bahalı olurlar. Məsələn Apple şirkətinin Apple Watch saatları Titanium kimi bahalı materialdan hazırlanan modellərə malikdir. Bu səbəbdən bu versiya digərlərinə nəzərən daha baha olur. Həmçinin bir digər faktor agilli saatin istifadəçiyə təklif etdiyi funksiyalardır. Ürək döyüntülərini ölçmək üçün xüsusi sensorlara malik agilli saat qiymeti digərlərinə nəzərən daha baha olur. Ekranı böyük olan, daha uzun batareya ömrü olan smart saatların istehsalı da baha olduğu üçün qiymətlər üst seqment səviyyəsində olur. Bundan başqa hər marka öz məhsulu üçün müəyyən marketinq büdcəsi də ayırır. Bu büdcə də ağıllı saat qiymətinə öz təsirini göstərir. Ağıllı saat dedikdə ağla əsasən Apple Watch, Huawei GT kimi modellər gəlir. Ağıllı saat qiymətləri bəzən materialdan əlavə saatın funksiyalarına görə də dəyişir. Qan təzyiqini, ürək döyüntülərini, nəbzi ölçən saatlar daha baha olur. Çünki onların bu funksiyanı yerinə yetirməsi üçün xüsusi sensorlar istifadə etməlidir. Bu sensorların ağıllı saatlara inteqrasiyası isə baha bir prosesdir. Bu səbəbdən bu tip funksionallığı çox olan saatlar daha baha, qismən az funksiyası olan saatlar isə daha büdcə dostu olurlar.

İşlənmiş Ağıllı Saatlar 

İşlənmiş ağıllı saatlar hər elektronik əşya kimi bazarda öz alıcısını tapa bilir. İndiki dövrdə smart saatların qiyməti daha çox artdığı üçün büdcə dostu modellərin də sayı azalmağa başlayıb. Bu səbəbdən insanlar artıq ikinci el agilli saatlar və ya işlənmiş smart saatlar axtarmağa başlayıb. Son illərdə verilən statistikalara əsasən işlənmiş məhsulların alıcı sayı yeni məhsul alanların sayına görə ciddi şəkildə artıb. Bunun da əsas səbəblərindən biri texnologiyanın gün keçdikcə daha bahalı bir hala gəlməsidir. Islenmis agilli saatlar da hal-hazırda tələb görən məhsullardan biridir. Ikinci el smart saat almaq istəyirsinizsə TelSat.Az sizə bütün imkanları təklif edir. Saytımıza keçid edərək Smart Cihazlar kateqoriyasından sizə uyğun olan smart saat elanına baxa bilərsiniz. Bəyəndiyiniz halda elan sahibinin nömrəsinə zəng edərək məhsul ilə maraqlana bilərsiniz. İkinci əl smart saat alarkən hər məhsulda olduğu kimi öncə cihazın vəziyyətinə diqqət yetirmək lazımdır. Xüsusilə ağıllı saatlar ömürlərini smartfon və komputerlərə nəzərən daha tez doldururlar. Bundan başqa istifadə edilən sensorlar zaman keçdikcə daha az dəqiqliklə ölçdükləri üçün işlənmiş ağıllı saat alarkən az işlənmiş modellərə baxmağınız daha uyğun olar.

Agilli Saat Usaq Ucun

Texnologiya həyatımızın bir parçası olduğu üçün artıq uşaqlarımızın da həyatinin bir hissəsinə çevrilib.Bu səbəbdən istehsalçı firmalar da mövcud elektronik cihazların uşaqlar üçün olan versiyasını hazırlayır. Bu cihazlara agilli saatlar da daxildir. Əgər Google-da agilli saat usaq ucun yazıb axtarışa versəniz bir çox smart saat modelinin uşaqlar üçün satışda olduğunu görə bilərsiniz. Lakin yetkin insanlar və uşaqlar üçün bu cihazlar fərqli olur. Uşaqlar üçün ağıllı saat istehsalçıları adətən noname modellər olur. Yəni bizim bildiyimiz Xiaomi,Huawei, Apple kimi markalar uşaqlar üçün xüsusi ağıllı saatlar istehsal etmirlər. Lakin bunu edən bəzi az bilinən markalar da var. Uşaqlar üçün olan saatlar əlbəttə funksiya cəhətdən digər markalar qədər geniş çeşid imkanı vəd etmir. Bu saatlarda xüsusi ölçümlər apara bilən sensorlar olmur. Bu səbəbdən ürək ritmi, təzyiq və nəbz kimi ölçümləri uşaqlar üçün ağıllı saatlarda təyin etmək mümkünsüz olur. Bundan başqa sadalıdığımız bu funksiyalar olmadığı üçün uşaqlar üçün olan ağıllı saatlar qismən daha ucuz satılırlar. Bu da insanlara daha büdcə dostu bir təsir bağışlayır. Həmçinin bu saatlarda uşaqların oynaya bilməsi üçün xüsusi kiçik oyunlar da yerləşdirilir.

Apple Watch Qiyməti

Apple Watch Qiyməti hər modelə görə dəyişir. Ağıllı saatın funksiyası, versiyası, çıxış tarixi, istifadə edilən material və s. burada əsas rol oynayır. Hal-hazırda Apple Watch saatlarının qiyməti Apple rəsmi saytında verilən məlumatlara görə 399 dollar qiymətdən başlayır. Bu da saat seriyası içindəki ən bəsit modelin qiymətidir. Titanium və Polad kimi gövdələri olan bəzi Apple Watch saatlarının qiyməti hətta 1000 dollardan daha baha ola bilir. Daha köhnə Apple Watch qiymətləri nisbətən daha ucuzdur. Məsələn Apple Watch series 6-nın qiyməti Apple Watch Series 7-ə nəzərən daha azdır. Hər yeni model çıxanda əvvəlki modelin qiyməti düşür və ya istehsalçı şirkət müxtəlif endirimlər, kompaniyalar ilə bunları satır. Apple Watch qiyməti ağıllı saatın kəmərindən də aslı olaraq dəyişir. Bu saatlarda kəmər dəyişə bildiyi üçün istifadəçilər ağıllı saatlarını modifikasiya edə bilirlər. Bu səbəblə daha keyfiyyətli, daha yumuşaq və ya daha yaxşı materialı olan kəmərlər alaraq Apple Watch-larına qoşa bilərlər. Bu kəmərlər həm yan markalar, həm də Apple tərəfindən rəsmi olaraq satılırlar. Xüsusilə Apple tərəfində satılanlar qismən daha baha olur.

Xiaomi Mi Band Qiyməti

Ağıllı qolbaq dedikdə ağla ilk gələn model Xiaomi Mi Band cihazlarıdır. Xiaomi Mi Band qiyməti səbəbilə digər marka və modellərdən bir xeyli fərqlənirlər. İstifadəçilərə təklif etdiyi funksiya və yeniliklər, həmçinin büdcə dostu modellər olduğu üçün insanlar çox sevir. Ölkəmizdə də bir xeyli tələb görürlər. Mi Band qiyməti ilə maraqlanmaq üçün TelSat.Az saytımıza keçid edərək yerləşdirilən agilli qolbaq elanlarına baxa bilərsiniz. Hal-hazırda Xiaomi şirkəti Mi Band seriyasının 6.nəslini satışa çıxarıb. Növbəti günlərdə isə Xiaomi Mi Band 7-lərin satışa çıxması gözlənilir. Xiaomi Mi Band qiymeti adətən stabil qalır. Ötən il satışa çıxan Mi Band 6 qiyməti hal-hazırda bir çox mağazada 60-70 azn arasında dəyişir. Yeni Xiaomi Mi Band-lər satışa çıxanda isə adətən 80-90 manat civarında tapmaq mümkün olur. Parametr tərəfində isə bu qolbaqlarda qan təzyiqini ölçmək, nəbzi ölçmək, idman rejimləri, yuxu analizi kimi bir çox funksiyanı özündə birləşdirən bir cihaz qarşılayır bizi. Həmçinin rəngli TFT ekran ilə təchiz olunan Xiaomi Mi Band cihazları uzun ömürlü batareya saxlama qabiliyyətləri ilə də bilinirlər. Həm tez şarj olması, həm enerjiyə qənaət rejiminin olması istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanır.